image-rt-reklam
image-1backend

İlqar Qasımovun qanunsuz tələbi sahibkarları narazı salıb: Monopoliya yaradılır?

image-728x90

Səhiyyə nazirinin müavini İlqar Qasımovun göstərişi ilə icbari tibbi müayinədən keçməli olan obliqat qrupa daxil işçilərin yalnız dövlət səhiyyə müəssisələrində müayinədən keçirilməsi tələb olunur.

Bu barədə Publika.az-ın redaksiyasına qida sektorunda fəaliyyət göstərən fərdi sahibkar məlumat verib.
Sahibkarın sözlərinə görə, bu tələb 15 may 2014-cü il tarixli, 24/2 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi müayinələrin keçirilməsi Qaydası”nın 2.1-ci bəndi ilə əsaslandırılsa da, həmin sənəddə müayinələrin yalnız dövlət tibb müəssisələrində aparılması ilə bağlı hər hansı məhdudiyyət yer almır.

Müraciətdə qeyd edilir ki, mövcud qanunvericilik işçilərin tibbi müayinədən keçməsini tələb etsə də, bu müayinələrin yalnız dövlət müəssisələrində aparılmasını şərtləndirən norma yoxdur. Sahibkar hesab edir ki, bu yanaşma Azərbaycan Konstitusiyasında təsbit olunmuş sağlamlığın qorunması hüququnun pozulmasına səbəb olur.

Məsələ ilə bağlı hüquqşünas İnsaf Nəsirovun fikirlərini öyrəndik.
Hüquqşünas bildirdi ki, müalicə-profilaktika müəssisəsinin yalnız dövlət səhiyyə sisteminə aid edilməsi barədə yanaşma həm hüquqi baxımdan əsassız, həm də qanunsuzdur:
“Azərbaycan Respublikasının qanunvericiliyində bu barədə hər hansı məcburi müddəa mövcud deyil. Bu cür yanaşma vətəndaşların bərabərlik hüququnun pozulmasına, özəl tibb müəssisələrinə qarşı isə açıq şəkildə ayrı-seçkilik hallarına yol açır. Bundan əlavə, belə bir mövqe həm şəxslərin azad sahibkarlıq hüququnu, həm də Konstitusiyada təsbit olunmuş sağlamlığın qorunması hüququnu məhdudlaşdırır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90