“”Zəngəzur dəhlizi” nin açılması an məsələsidir. Böyük ehtimalla bu dəhliz ilin sonuna qədər açılacaq. Bu dəhliz bizə yox, həm də regiona böyük fayda verəcək.”- bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, “Zəngəzur dəhlizi” açılması ilə region ölkələrinə iqtisadi sabitlik gətirəcək.
“”Zəngəzur dəhlizi” iqtisadi əhəmiyyəti olduqca böyükdür. Bunu Qərb ölkələri yaxşı anlayır. İranın bu dəhlizin öz ərazisindən keçməsinə nail olmağa can atması və yaxud razılıq verməsi onu deməyə əsas verir ki, rəsmi Tehran anlayır ki, bu dəhliz regionda ən böyük lahiyələrdən biridir. Hesab edirəm ki, Zəngəzur dəhlizi məhz Ermənistan ərazisindən keçəcək və bu lahiyə tezliklə reallaşacaq.”-deyə Arzuman Muradlı bildirib.























