“Qarabağda və Azərbaycan -Ermənistan sərhəddində gərginliyin qalmasında maraqlı tərəf rəsmi İrəvandır” –Ulusal.az xəbər verir ki, bu fikirləri açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, Paşinyan siyasi dəllalıqla məşğuldur.
“Paşinyan rəsmi İrəvanın fikirlərini dünyaya çatdırır. Ancaq görünən odur ki, erməniləri prosesi uzatmaqla sülh müqaviləsindən yayınmaq niyyətindədirlər. Fransa prezidentinin məsələyə müdaxiləsi isə, əminəm ki, İrəvan hökümətinin siyasi oyunudur. Xüsusilə bunu biz erməni lobbisi ilə keçirdiyi görüşdə verdiyi açıqlamada görürük. Erməni lobbisi anti-Pasinyan mövqeyə malikdir. Qarabağ məsələsindən də onlar öz şəxsi maraqlarına uyğun istifadə edirlər. Məhz Emanuel Makrona maliyyə dəstəyi verirlər. Əgər Nikol Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi sayırsa, ölkəmizin ərazi bütövlüyünü qəbul edirsə, lakin Fransa prezidenti bunun əksinə gedirsə, deməli, Makron regionda Fransanın maraqlarına zidd addımlar atır. Regionda sülh və ərazi bütövlüyünün təmin olunması Parisin geosiyasi mövqeyinə uyğundur”.
Politoloq hesab edir ki, Makronun məlum çıxışından sonra onun danışıqlar prosesinə qatılmasına imkan vermək lazım deyil.
“Makron sülhün əldə edilməsində maraqlı görünmür. Onun daxili siyasətinə fikir versək, ölkədə iğtişaşlar və qeyri-sabitlik belə bir şəxsin vasitəçi olmasını istisna edir. Prezident İlham Əliyev müharibədə qalib gəlmiş və kifayət qədər müstəqil, regionda yeni bir siyasi nizam yaradan dövlət başçısıdır. Ümumiyyətlə, Prezident İlham Əliyev elə bir xarakterə malikdir ki, onunla heç kim təzyiq dilində danışa bilməz. Makronun diletant açıqlaması yalnız erməni lobbisinə xoş gəlmək üçün istifadə etdiyi termin ola bilər”.- deyə Arzuman Muradlı bildirib.























