image-rt-reklam
image-1backend

İlham Əliyevin çıxışı erməniləri niyə qorxuya salıb? –Paşinyandan etiraf

image-728x90

Son zamanlar erməni cəmiyyətində Ermənistanın konstitusiyasının dəyişdirilməsinin vacibliyini vurğulayırlar. Maraqlıdır ki, bu fikirdə olanlar əsasən ziyalılardır. Erməni ziyalıları hesab edir ki, Ermənistanın konstitusiyası və himni dəyişdirilməlidir. Azərbaycan prezidenti İlham Əliyev də Ermənistanın nicat yolunun erməni konstitusiyasının dəyişdirilməsi olduğunu vurğulayıb. İlham Əliyev öz çıxışında : “Ermənistanla sülh müqaviləsinin imzalanması üçün ilkin şərt onun konstitusiyasına dəyişiklik etməsidir”- deyə bildirib.

Azərbaycan Prezidenti deyir ki, “İrəvanla sülh müqaviləsi yalnız Ermənistan konstitusiyasına dəyişiklik edildikdən sonra mümkündür”.

İlham Əliyev bir daha bəyan edib ki, çxış yolu Ermənistan konstitusiyasının dəyişdirilməsidir:”Ermənistanın Dövlət Suverenliyi Bəyannaməsində Qarabağ və Ermənistanın birləşdirilməsi ilə bağlı birbaşa müraciətlər var, bu sənədə istinadlar Ermənistan Konstitusiyasında da öz əksini tapıb. Ermənistan konstitusiyasında və bu ölkənin digər hüquqi sənədlərində dəyişiklik edilsə, sülh əldə oluna bilər”.

Azərbaycan prezidentinin bu çıxışı erməni cəmiyyətində birmənalı qarşılanmayıb. Erməni jurnalist Naira Qukasyan bildirir ki, İlham Əliyev bu çıxışı ilə sülhün yalnız onun diktəsi ilə olacağını bəyan edir. “Etiraf edək ki, Azərbaycan prezidentinin dedikləri həqiqətdir. Ermənistan konstitusiyasıyasında bu cağırışlar var. Biz sülh istəyiriksə, sülh üçün hər bir addımı atmalıyıq”- deyə Naira Qukasyan bildirib.

Azərbaycan prezidentinin çıxışından sonra dünən Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Radionun efirində maraqlı fikirlər səsləndirib. Paşinyan etiraf edib ki, artıq erməni cəmiyyəti konstitusiyanın dəyişdirilməsini istəyir. Paşinyanın bu açıqlamaları onu deməyə əsas verir ki, Ermənistanın konstitusiyasının dəyişdirilməsinin vacibliyini Nikol Paşinyan anlayır və buna gedəcək.

Bir sözlə Ermənistan çətin 2024-cü il sınağından ugurla çıxmaq üçün mübarizə aparır. Artıq İrəvanda anlayırlar ki, indi Cənubi Qafqazda söz sahibi yalnız Azərbaycandır.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90