Şəksiz iyunun 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirakı və oradakı nitqi onun uzaqgörən siyasətinin bariz nümunəsidir.
İlk olaraq cənab prezidentin tarixi faktlara tam ətraflı şəkildə toxunaraq – ilk dəfə müstəqil Azərbaycanda Ulu öndər Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi ilə reallaşan, eləcə də bu ilin sentyabrında 30 ili tamam olan və “Əsrin müqviləsi” kimi tarixə düşən, eləcə də onun transformasiyasında dönüş nöqtəsi yaratmasını bildirməsi cənab İlham Əliyevin şübhəsiz müdrik siyasətinin açıq sübutudur. Bu reallığı nitqinin ilk cümlələrində bildirməsi oraya gələn qonaqlara başa düşməyə vadar etdi ki, sözün əsl mənasında 1993-cü ildə Azərbaycan uçurum kənarından intibaha doğru irəliləyən ölkə olmuşdur. Və bu intibahın müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Həmçinin o dövrdə məcburi köçkünlərimizin sayının da 1 milyona çatması, ölkədəki xaos və anarxiyanın başa çatması uğrunda imzalanan bu müqavilə tarixdə də “100 illik müqavilə” kimi söylənilməyə davam edir. Azərbaycanın Xəzərdəki Azəri-Çıraq-Günəşli yataqlarının istismarını nəzərdə tutan “Əsrin müqaviləsi” ilə Azərbaycan neftinə əbədi abidə ucaldan Heydər Əliyev bununla böyük tarixi, şanlı keçmişi olan Azərbaycan neftinin şöhrətini yenidən özünə qaytarmışdır. Azərbaycanı dünyanın bir daha əsas enerji təchizatçılarından birinə çevirməklə ölkə iqtisadiyyatına təkan verən nəhəng dəyişikliklər məhz bu sazişlə başladı və 1920-ci ildən sonra ilk dəfə idi ki, Azərbaycan nefti xalqın milli maraqlarına xidmət etmişdir. Eləcə də 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi Azərbaycan neftinin ixrac prosesində vacib missiya daşımışdır. “Əsrin müqaviləsi” kimi böyük bir layihənin imzalanması, eləcə də BakıTbilisi-Ceyhan kəmərinin təməlinin qoyulması Azərbaycanın müəllifi olduğu yeni neft qaz layihələrinə yaşıl işıq yandırmışdır. ATƏT-in 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamənin imzalanması neft strategiyamızın müstəqil Azərbaycanın konsepsiyalaşmış neft islahatlarında ən uğurlu səhifələrdən biri idi.
İlham Əliyev həmçinin çıxışında qeyd etmişdir: “Şahdəniz” Azərbaycanda qaz qıtlığına son qoydu. Çünki ondan əvvəl biz təbii qazı idxal edirdik, indi onu ixrac edirik və bizim ixracımız artır, çox güman ki, bu il 24 milyard kubmetrdən artıq olacaq. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı və bu, həqiqətdir. ”.
Bakı Enerji Həftəsindəki çıxışı ilə bu iki müqavilənin prioritet istiqamətlərinə və bir sıra əsaslı məsələlərə toxunan İlham Əliyev sübut etdi ki, Azərbaycan özünün mütərəqqi reallıqlarını tam formalaşdıracaq gücə sahib olan və öz trayektoriyasında birinci ölkəyə çevrilməyi öz işləri ilə bacaran azsaylı ölkərdən biridir. Onun bugünkü uğurlarının ən əsas səbəblərindən biri də Ümummilli Lider Heydər Əliyev irsinin layiqli davamçısı olması və bu irsə sadiq qalaraq ölkəmizi yeni inkişaf konsepsiyasına aparmısıdır.
Sənan Hüseynov
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi