image-rt-reklam
image-891504_srcbackend

İlham Əliyev Xocavənddə – FOTOLAR 

image-728x90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Sos kəndinə səfər edib.
Dövlət başçısına kənddə görülmüş işlər barədə məlumat verilib.

Sos kəndi 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi antiterror əməliyyatı nəticəsində ölkəmizin nəzarətinə keçib. Kənddə artıq elektrik və qaz xətləri bərpa olunub, subartezian quyuları qazılıb, iki transformator quraşdırılıb, sayğacların quraşdırılmasına başlanılıb, 3 su anbarı təmir edilib, təxminən 5 km uzunluğunda qaz kəməri çəkilib.

Sos kəndində mövcud olan 259 fərdi evdən 70-i yararsız, 189-u isə qismən yararlı vəziyyətdədir. Hazırda 10 ev istifadəyə tam hazırdır. Bu ilin sonunadək daha 75 evin sakinlərə təhvil verilməsi nəzərdə tutulur. 2026-cı ildə isə əlavə 104 evin bərpası planlaşdırılır. Artıq 10 ailə (46 nəfər) doğma yurda qayıdıb.

Prezident İlham Əliyev Sos kəndinə köçən Hamlet Gülməmmədovun evində olub.

Dövlət başçısı həmçinin sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə də baş çəkib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90