İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.
Ulusal.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2026-cı il iyunun 16–19-da IsDB Qrupunun gələn il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
Təşkilat Komitəsinin sədri
Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini
Təşkilat Komitəsi sədrinin müavini
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Təşkilat Komitəsinin üzvləri:
Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri
Sahil Babayev – Azərbaycan Respublikasının maliyyə naziri
Adil Kərimli – Azərbaycan Respublikasının mədəniyyət naziri
Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri
Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri
Şahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Taleh Kazımov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.