image-2000x150
image-1backend

İlham Əliyev mənə zəng etməyib – Sinan Oğan

image-728x90

“Ata” koalisiyasından Türkiyə prezidentliyinə namizəd Sinan Oğan Azərbaycan prezidenti İlham Əliyevin ona zəng etməsi xəbərini təkzib edib.

“Qətiyyətlə deyə bilərəm ki, prezident İlham Əliyev mənə zəng etməyib. Mən İlham Əliyevdən heç bir mesaj almamışam”, – deyə Oğan bildirib.

Ulusal.az xəbər verir ki, o qeyd edib ki, İlham Əliyevi Türkiyənin işlərinə qarışa biləcək şəxs hesab etmir.

“Mən ona türk dövlətinin başçısı, eləcə də Qazaxıstan, Türkmənistan və digər türk dövlətlərinin başçıları kimi dərin hörmət bəsləyirəm. Türkiyə Azərbaycanın daxili işlərinə qarışmadığı kimi, Azərbaycan da Türkiyənin daxili işlərinə qarışmır. Ona görə də bu cür mənasız bəyanatlara etibar etmək olmaz”, – deyə Oğan bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90