“Biz uzun illər Qarabağdakı rayonlarımızın işğal günlərini qeyd etmişik. Bu kədərli günləri anmışıq. Amma Vətən Müharibəsində Azərbaycan oğulları bizim kədərimizi sevincə qərq etdi. Müharibənin ilk sevincili xəbərləri Füzulidən gəldi.”- bu fikirləri BakuTv-nin efirində İsmayıl Yaşaroğlunun təqdimatında yayımlanan verilişdə Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Cavanşir Feyziyev qeyd edib ki,torpaqlarımızın işğaldan azad edilməs, Azərbaycan bayrağını dalğalandırılması bizim bayramımızdır və bu gün Azərbaycan xalqı bayramı qeyd edir.
“Müharibədə iştirak edən şəhid və qazi olan oğullarımızın gözümüzün önündə böyüyən Azərbaycan övladlarıdır. Prezidentimizin duyğulanması başa düşüləndir. Azərbaycan prezidenti İlham Əliyev çətin bir missiyanı qətiyyətlə sona çatdırdı. İlham Əliyev Füzuli rayonundakı görüşdə ermənilərə və havadarlarına həm də bir mesaj verdi. “-deyə Cavanşir Feyziyev bildirib.