image-rt-reklam
image-1backend

“İlham Əliyev əsl strateq olduğunu nümayiş etdirdi” – Armen Bağdasaryan

image-728x90

“Rusiya  Ermənistanı bağışlamayacaq. Məqamı düşən kimi öz qisasını alacaq” – Ulusal.az xəbər verir ki, bu fikirləri  politoloq Armen Bağdasaryan bildirib.

“Rusiya zamanında bizə çox şans verdi. Amma rəsmi İrəvan buna razı olmadı. Bunun əvəzində İlham Əliyev ağıllı siyasət yeridərək uzun illərdir ermənilərin nəzarətində olan torpaqları azad etdi. İlham Əliyev əsl strateq olduğunu nümayiş etdirdi. Bütün bunlar  İlham Əliyevin  Cənubi Qafqazda söz sahibi olması ilə nəticələndi. Rusiya hələ də Ermənistana şans verir. Əgər Ermənistan bu şansları dəyərləndirməsə Zəngəzuru da itirəcək”- deyə Armen Bağdasaryan bildirib..

“Qərbin bizim regiona birbaşa çıxışı yoxdur, olsa belə, o, çətin ki, bizimlə razılığa girsin və belə olsa, biz təbii ki, geosiyasi oyunlarda Qərbin top yeminə çevrilmək istəməzdik. Həmin müqayisələr hətta yolverilməzdir, çünki Ermənistan üçün ciddi problemlər var.”- Armen Bağdasaryan əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90