“Erməni təxribatlarının araxasında dayanan qüvvələr var. Bu qüvvələr Fransadan və Rusiyadan idarə olunur. Amma nəzərə alaq ki, Azərbaycanın səbri sonsuz deyil. “- bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, tezliklə “Qisas-3” anti-terror əməliyyatı başlamalıdır.
“Hazırda Ermənistanın Qarabağdakı silahlılarının törətdiyi intensiv təxribatlar fonunda danışıqlar prosesi yekun nəticəsiz olsa da, davam edir. Azərbaycan nə danışıqlardan, nə də düşmənin təxribat xarakterli fəaliyyətlərinin qarşısını almaqdan imtina etmir. Real vəziyyətdə bəzi ərazilərdə preventiv, bəzi ərazilərdə isə qəti tədbirlərin həyata keçirilməsi istisna edilmir. Azərbaycanın diqqətdə saxlayacağı əsas məsələ rus kontingentin Qarabağa helikopterlə daşınmalarına nəzarət mexanizmini işə salmaqdan ibarətdir. Rus kontingentin daha əvvəl də ərazilərimizə silah, sursat, texnika, mina daşınmasına və yerləşdirilməsinə mane olmadığını, erməni silahlılarının təminat və təchizatında “üzüyola kuryer” vəzifəsini məmnuniyyətlə yerinə yetirdiklərini nəzərə alsaq, helikopter daşınmalarının Azərbaycanın maraqlarına və şərtlərinə uyğun şəkildə həyata keçiriləcəyinə əmin ola bilmərik. Odur ki, Qarabağda yaşayan və Azərbaycana qarşı fəaliyyətlərə bulaşmayan ermənilərlə kontaktlarımızı genişləndirməli, onların vasitəsilə bizə qarşı yönələn istənilən çirkin və perspektivsiz fəaliyyətlər barədə məlumatlar əldə etməli, baş verənlərin qarşısını almaq üçün təsirli addımlar atmalıyıq. Bu addımlar ən azından həm Xankəndidən erməni silahlılarına daşınmaların qarşısının alınmasını, həm də Xocalı hava limanına nəzarəti də özündə ehtiva etməlidir. Prezident İlham Əliyev də iyulun 5-də növbəti dəfə Ermənistana və havadarlarına xəbərdarlıqlarını etdi. Nəticə çıxartmasalar, bədəli ağır olacaq! Tezliklə anti-terror əməliyyatını qaçılmaz edəcək”- deyə Arzuman Muradlı bildirib.





















