image-2000x150
image-1677060887_arzuman-teze-1-2backend

“İlham Əliyev ermənilərə son şans verib” – Arzuman Muradlı

image-728x90

Prezident İlham Əliyev  Salyana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh müqaviləsi haqqında danışıb. Ölkə başçısı bu çıxışında da ermənilərə son şans verdiyini bir daha bəyan edib. Azərbaycan prezidenti İlham Əliyevin son bəyanatı İrəvanda və Qarabağda təlaşla qarşılanıb. Erməniləri təlaşa salan nədir? Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib ki. ölkə başçısı son çıxışında ermənilərin sülh müqaviləsi bağlamamasına cavab olaraq belə deyib:”Biz onlara son şansı vermişik. Daha sonra bu şans olmayacaq”

“May ayında Vaşinqtonda, həmçinin Rusiyada növbəti dəfə Azərbaycan-Ermənistan sülh danışıqları baş tuta bilər. Buna dair hazırlıqların getdiyi də sirr deyil. Həmçinin son 3 ayda Azərbaycan və Ermənistan arasında sülh razılaşmasına dair müəyyən məlumat mübadiləsi də aparılıb, qarşılıqlı olaraq təkliflər verilib.Amma gözlənilən növbəti sülh danışıqları ərəfəsində Ermənistan yenə də hərbi və siyasi təxribatlar törətməklə məşğuldur. Ötən həftə 3 hərbçimizin şəhid olması ilə nəticələnən təxribatın ardınca, ermənilər iki əsgərimizi əsir götürüblər. Üstəlik, İrəvandakı idman yarışının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Bunun davamı olaraq da Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə ikibaşlı açıqlamalar verməyə başlayıb.”- deyə Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, Paşinyanın aprelin 18-də parlamentdə çıxışı isə publikaya yönələn cağırış idi və Paşinyanın bəyanatı ikibaşlı açıqlama idi.

“Regional güclər sülh müqaviləsinin imzalanmasına asanlıqla imkan verməyəcək. Nikolun komandası da məsuliyyəti üzərinə götürmək istəmir. Qalır bircə adam – o da özü. Hələlik Azərbaycan və Ermənistan arasında davam edən danışıqlarda sülh müqaviləsinin dördüncü qaralaması masa üzərindədir. Rəsmi Bakı və İrəvan arasında üst-üstə düşən və düşməyən mövqelər var. Bu sənədin üzərində iş davam etməkdədir. Ən prinsipial məsələ isə təbii ki Qarabağla bağlıdır. Qarabağ ifadəsi sənəddə olmasa da, “Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıyıram” ifadəsi üzərində Ermənistanın imzası olmalı, Ermənistan bunu imzası ilə təsdiqləməlidir”. Bunlar olmasa o zaman Azərbaycan əsgəri erməniləri buna məcbur edəcək” -deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90