“Azərbaycan Prezidenti İlham Əliyev bizim addımlarımıza adekvat reaksiya verir”.
Ulusal.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Qarabağdan İrəvana qaçan separatçıların qondarma “parlamentlərinə spiker seçməsi” haqda danışarkən deyib.
Simonyan bildirib ki, “Qarabağ təmsilçiləri” yeni “spiker” seçirlər, rəsmi Bakı da “Qərbi Azərbaycandan” danışır: “İlham Əliyev bizim cavabımızı adekvat olaraq verir. “Qarabağ təmsilçiləri” özlərinə “yeni prezident” seçəndə və bunu bəyan edəndə biz hiss etmirik, amma Azərbaycan bunu cavabsız qoymur. Ermənilər “Qarabağ əhalisi” geri qayıtmalıdır deyir, Azərbaycan da 300 min azərbaycanlının geri qayıtmasını tələb edir. Hər şey qarşılıqlı olmalıdır. Sülh müqaviləsi bağlanana qədər azərbaycanlıların Ermənistana köçürülməsi qeyri-mümkündür. Hər iki ölkənin cəmiyyətləri sülhə hazır olmalıdır”.
Qeyd edək ki, azərbaycanlı qaçqınların Qərbi Azərbaycan qayıdışı məsələsi beynəlxalq hüququn tələbidir. Rəsmi Bakı bu məsələni gündəmə gətirməklə hansısa məsələdə adekvat addım atmır, əksinə, beynəlxalq hüququn tələbinin icra edilməsini aktuallaşdırır.Publika.az