image-rt-reklam
image-883795_srcbackend

İlham Əliyev: “Azərbaycan hər an müharibəyə hazır olmalıdır”

image-728x90

Azərbaycan dünyada gedən proseslərin qeyri-müəyyənliyini nəzərə alaraq hər an müharibəyə hazır olmalıdır. Ulusal.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı sakinlərlə görüşdə bildirib.

Dövlət başçısı qeyd edib ki, Silahlı Qüvvələr hər gün ölkənin maraqları və təhlükəsizliyinin keşiyində dayanır:
“Biz mümkün təhlükə mənbələrini izləyirik və izləməkdə davam edəcəyik. Hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin sayı minlərlə artırılıb, yeni komando birlikləri yaradılıb”.

Prezident vurğulayıb ki, ölkəyə ən müasir pilotsuz uçuş aparatları, yeni artilleriya sistemləri gətirilib, yeni hərbi təyyarələrin alınması üçün müqavilələr imzalanıb, mövcud təyyarələr isə tam modernləşdirilib:
“Biz hər an müharibəyə hazır olmalıyıq, çünki dünyadakı proseslərin gedişatını qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. Bizim təhlükəsizliyimizin təminatı özümüzük – dövlət, xalq və Silahlı Qüvvələrimiz. Əgər kiminsə ağlına Azərbaycana qarşı təxribat törətmək fikri gələrsə, bunun bədəlini yenidən ödəməli olacaq. Biz isə qalib xalq və qalib dövlət kimi yaşayacağıq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90