image-rt-reklam
image-1backend

İki övladı olan şəxslər hərbi xidmətə çağırılacaq?

image-728x90

İki övladı olan şəxslərin hərbi xidmətə aparılmaması təklif olunub.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin dekabrın 20-də keçirilən plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, hazırda üç uşağı olan şəxslər hərbi xidmətə çağırılmır: “Bu məsələ iki uşağı olan şəxslər üçün də keçərli olmalıdır. Düşünün ki, iki uşaq bir il altı ay öz atasını görmür. Onsuz da həmin şəxslərin sayı elə də çox deyil. Gələcəkdə bu məsələyə baxılmalı olduğunu düşünürəm”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90