image-rt-reklam
image-803de86a964bc442fd930_5kv6ipwxa3qot9gryfje-620x460-1backend

İki min illik yuxunun ardından Qladiatorlar şəhərindəki nəhəng Kibyra Fəvvarəsi yenidən axır – FOTO

image-728x90

Türkiyənin Qərbi Anadolu bölgəsində yerləşən və arxeoloji əsərləri ilə tanınan Burdurdan şad xəbər var.

Avropa.info-nun məlumatına görə, Burdurun Gölhisar mahalında yerləşən qədim Kibyra şəhərindəki nəhəng fəvvarədən 9 aylıq bərpa prosesindən sonra yenidən şirin və içməli su axır. 2016-cı ildə kəşf edilən və elə həmin il UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən qədim Kibyra şəhərindəki monumental fəvvarənin bərpası Mədəniyyət və Turizm Nazirliyi və Burdur valiliyinin birgə dəstəyi ilə həyata keçirilib.

2000 illik möhtəşəm Kibyra fəvvarəsi Roma İmperiyası dövründə tikilmişdir. Kibyra Qədim Şəhərinin üçüncü terrasında yerləşən iki hovuzlu qədim tikilinin eramızın 23-cü ilində baş vermiş güclü zəlzələdən sonra yenidən qurulduğu və təxminən 700 il fəaliyyət göstərdiyi təxmin edilir. Hündürlüyü 7,5 metr, diametri 15 metr olan nəhəng fəvvarənin sütunlarla dəstəklənən konusvari günbəzi də mövcuddur. Kibyranın ilk fəvvarəsi olan bu nəhəng quruluş qədim şəhərin su ehtiyacını necə ödədiyini göstərir, memarlıq vizuallığının və estetikasının gözəl bir nümunəsidir.

Kibyra, “Qladiatorlar Şəhəri”

Gölhisar mahalının qərbində yerləşən Kibyra nisbətən böyük yaşayış bölgəsində yerləşir. Roma sivilizasiyasının ən mühüm şəhərlərindən biri olan Kibyradakı bütün memarlıq qalıqları Roma İmperatorluğu dövrünə aiddir. Bu yaşayış yerininəhəmiyyətli bir xüsusiyyəti, strukturların hər birinin digərinin görünüşünə mane olmayacaq şəkildə simmetrik olaraq dizayn edilməsidir. Kibyranın girişində stadion var; Qədim Anadolunun ən möhtəşəm stadionlarından biri sayılan və təxminən 10.000 nəfərlik olan Kibyra stadionunda qladiator yarışları keçirilirdi. Bu səbəbdən “Qladiatorlar şəhəri” titulu da Kibyraya miras olaraq qalıb.

Kibyradakı diqqət çəkən digər tikililər orkestr bölməsindəki Medusa mozaikası olan odeon və sütunlu bir alış-veriş küçəsi ətrafında tikilmiş agoradır. Bundan əlavə, qədim şəhərin Roma hamamı və antik teatrı diqqəti cəlb edir. Qədim mənbələrə görə,Kibyranın sənaye sahələri arasında əkinçilik, heyvandarlıq, tibb, dəmir və keramika işləri var. Şəhərin kosmopolit bir quruluşa və dörd ayrı dilə sahib olduğuna inanılırdı. Buna görə də Kibyranın güclü iqtisadiyyatı və ordusu olduğu iddia edilirdi.

Axan fəvvarəyə sahib İkinci Qədim Şəhər

Hərtərəfli və geniş bərpa işlərində Qazıntı Komissiyasının Sədri Dos. Dr. Şükrü Özüdoğru ilə yanaşı, arxeoloq, bərpaçı və memarlardan ibarət ekspert qrupu da iştirak edib. 168-i orijinal olan 192 memarlıq blokunun və iki hovuzlu monumental fəvvarənin üç əsas bölmədən ibarət olduğu müəyyən edilmişdir. Müşahidələr göstərir ki, fəvvarənin mərkəzində uca dairəvi qüllə və onu əhatə edən altı sütun var. Eləcə də suyun çıxdığı yerə altı şir və pantera heykəli qoyulmuşdur. Qazıntılar zamanı bu heykəllərdən yalnız ikisi üzə çıxarılıb və hal hazırda iki orijinal heykəl Burdur Muzeyində sərgilənir.

Burdur qədim zamanlardan qalma iki monumental fəvvarəyə ev sahibliyi edir. İlk aşkar edilən fəvvarə Burdurun Ağlasun mahalındakı Sagalassos antik şəhərində yerləşən 1800 illik Antonin Fəvvarəsi olub. Bərpa işlərinin başa çatması ilə Kibyra hələ də fəaliyyət göstərən qədim bir fəvvarəyə sahib ikinci yaşayış məntəqəsidir.

Arxeoloji qazıntılar, araşdırma və xilasetmə işlərinin intensiv olduğu Türkiyədə son illərdə bir çox tarixi əsər gün üzünə çıxarılaraq muzeylərə gətirilib. Arxeoloji qazıntılar baxımından dünyada birinci sıralarda olan Türkiyədə 2022-ci ildə aparılan 713 arxeoloji araşdırmada təxminən 10.500 əsər üzə çıxarılıb.

 

 

 

 

 

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90