image-rt-reklam
image-1backend

İƏGF Avrasiya Regional Mərkəzi beynəlxalq QHT-lərlə birgə Azərbaycanın irəli sürdüyü qlobal “Atəşkəs çağırışına” dəstəyini ifadə edib

image-728x90

Beynəlxalq Sülh Günü münasibətilə COP29 Sədrliyi tərəfindən COP29 naminə Birgə Atəşkəs Çağırışı rəsmi olaraq elan edilib. Bu təşəbbüs sülh və iqlim tədbirlərinin ayrılmaz əlaqəsini vurğulayır, münaqişə və ekoloji tənəzzül böhranları ilə mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlığa çağırır.

İnterpress.az xəbər verir ki, İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi) “COP29 naminə Birgə Atəşkəs Çağırış”a uyğun olaraq Avrasiya bölgəsindəki İslam ölkələrindən 100-dən çox gənclər və vətəndaş cəmiyyəti təşkilatlarını bir araya gətirən mühüm onlayn görüş təşkil edib. Görüşün əsas mövzusu “COP29 naminə Birgə Atəşkəs Çağırışı”na əsasən kollektiv dəstəyin ifadə edilməsi, qlobal münaqişə və iqlim dəyişikliyi ilə birgə mübarizənin vacibliyinin vurğulanması olub.

Tədbirdə “COP29 naminə Birgə Atəşkəs Çağırışı” dəstəkləyən və beynəlxalq əməkdaşlığa çağıran rəsmi bəyanat qəbul edilib. Bu bəyanat Azərbaycan, Pakistan, Özbəkistan, Qırğızıstan, Rumıniya, İndoneziya, Tatarıstan (Rusiya Federasiyası), Albaniya və Bosniya və Herseqovinanı təmsil edən 100-dən çox təşkilat tərəfindən dəstəklənib.

Görüşdə bir sıra beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri çıxış ediblər. Onlar arasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli, Şəhrizad Fondunun prezidenti və İƏGF Avrasiya Regional Mərkəzi idarə heyətinin üzvü Vaciha Haris (Rumıniya), İndoneziya Milli Gənclər Şurasının sədri Tantan Taufiq Lubis, Bosniya və Herseqovina Parlamentinin üzvü və Demokratik Fəaliyyət Partiyası Gənclər Birliyinin sədri Haris Sabahoviç, Özbəkistan Könüllülər Assosiasiyasının sədri Şirin Abidova, Pakistanın Siyasət Araşdırmaları Mərkəzinin rəhbəri Əhsən Həmid Durrani və İƏGF Katibliyinin Baş direktoru Yunus Sönməz də olub.

Beynəlxalq iştirakçılar çıxışlarında “COP29 naminə Birgə Atəşkəs Çağırışı”nın böyük əhəmiyyətini vurğulayaraq, bu təşəbbüsün yalnız münaqişələrin sayının azalmasına deyil, həm də insan fəaliyyəti və ekoloji laqeydlik səbəbindən təhdid altında olan kövrək ekosistemlərin qorunmasına xidmət edəcəyini bildiriblər. Bu müraciət həm ekologiyanın qorunması, həm də qlobal sülh istiqamətində vacib addım kimi dəyərləndirilib.

Qeyd edək ki, İƏGF Avrasiya Regional Mərkəzi üzvləri və tərəfdaşları ilə birlikdə “COP29 naminə Birgə Atəşkəs Çağırışı”nın məqsədlərinə çatmağı hədəfləyir, gənclər və vətəndaş cəmiyyəti təşkilatlarını səfərbər etməyə davam edərək, bu mühüm təşəbbüs ətrafında kollektiv fəaliyyətin artırılmasına və maarifləndirmənin yüksəldilməsinə töhfə verməyi planlaşdırır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90