image-rt-reklam
image-fb_img_1715451636130backend

İDDO proqramı getdikcə artan autizm problemlərinə töhfə verəcək – FOTOLAR

image-728x90

” Dünən Sosial Tədqiqatlar Mərkəzi ilə birgə İDDO Vahid Elektron Psixi Sağlamlıq Proqramının təqdimat mərasimini keçirdik.”- bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.

Tədbirdə Milli Məclisin deputatları Hicran Hüseynova, Sevil Mikayılova, İlham Məmmədov, Elşad Mirbəşiroğlu, həmçinin Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemlərı üzrə Dövlət Komitəsi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Psixoloji Sağlamlıq Mərkəzi, Milli Paralimpiya Komitəsi, Bədən Tərbiyəsi və İdman Akademiyası, İPA akademiyanın nümayəndələri, 40-dan çox reabelitasiya mərkəzi, autizm spektrli pozuntuları olan uşaqların valideynləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, İDDO Vahid Elektron Psixi Sağlamlıq Proqramının direktoru Jalə Əhmədova  bu proqram haqqında tədbir iştirakçılarına məlumat verib.

Millət vəkili bildirib ki, İDDO proqramının autizm sahəsində bir yenilik olduğunu, bütün mərkəzlərdə proqramı tətbiq etməklə vahid baza yaratmağın vacibliyini diqqətə çatdırdım.

“İDDO proqramı vasitəsilə autizmli uşaqlara diaqnoz qoyulması, müalicə sahəsində mövcud olan problemləri, ən əsas məqamlardan biri kimi qeyri-peşəkarların və bu uşaqlardan kommersiya məqsədilə istifadə edən şəxslərin əməllərinin qarşısının alınmasında tədbirlər görülməsinin vacibliyini vurğuladım. Qeyd etdim ki, bu sahədə vahid protokol mövcud deyil, mərkəzlərin fəaliyyəti pərakəndədir, autizimli uşaqların vahid statistikası yoxdur və uşaqlara yalnış diaqnoz qoyulur. Uşaqlar tam şəkildə analiz olunmalı, qeyri-dəqiq diaqnozların qarşısı alınmalıdır.”- deyə Jalə Əhmədova bildirib.

Proqram haqqında təqdimatda Psixoloji Sağlamlıq Mərkəzinin əməkdaşı, Amerika Psixoloqlar Assosiasiyasının üzvü, Psixi alqoritimlər nəzəriyyəsinin müəllifi Klinik Psixoloq Rövşən Nəzərli bildirdi ki, proqram çərçivəsində autizimli uşaqların umumi statistikasının yaradılması və buna mərkəzləşmiş sistem vasitəsilə nail olmaq mümkündür. Eləcə də bu sahəyə nəzarətin təmin edilməsi, mərkəzlərarası əlaqələrin qurulması, elektron bazanın formalaşması, tədqiqat metodlarının formalaşmasına töhfə verilməsi, saxta psixoloqların qarşısının alınmasına nail olunması məsələlərinə toxundu.

Tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək proqramın vacibliyini qeyd etdi və ailələrlə geniş maarifləndirmə işlərinin aparılmasının zəruriliyini qeyd etdi: “Autizmin ağır, orta və yüngül formaları var. Bunu televiziyalar vasitəsilə də insanlara çatdırmaq lazımdır. Ucqar kəndlərdə insanların bu barədə geniş məlumatı yoxdur, onları geniş şəkildə maarifləndirmək vacibdir. Yüngül formada olan autizmli uşaqları inklüziv təhsil vasitəsilə sağaltmaq mümkündür. İnklüziv təhsil ilə uşaq daha tez cəmiyyətə inteqrasiya olunurlar. Bu baxımdan bu gün təqdim edilən proqram vacib əhəmiyyət daşıyır”, – deyə komitə sədri bildirdi.

Milli Məclisin deputatı Sevil Mikayılova, İlham Məmmədov, Elşad Mirbəşiroğlu və digər çıxışçılar İDDO proqramının getdikcə artan autizm problemlərinə töhfə verəcəyindən əminliklərini ifadə etdilər, məsələnin aktuallığı və genofondumuzun qorunması baxımından proqramın mühüm əhəmiyyətə malik olduğunu vurğuladılar. Müasir dünyamızda kifayət qədər aktual olan belə bir məsələni gündəmə gətirdiyimizə görə minnətdarlıqlarını bildirdilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90