image-2000x150
image-img-20230213-wa0035backend

İctimai təşkilatlar da öz dəstəyini göstərirlər

image-728x90

Kahramanmaraşın Pazarcık rayonunda fevralın 5-dən 6-na keçən gecə baş verən 7.7 bal gücündə zəlzələ, daha sonra isə saat 13.24-də Elbistandakı 7.6 bal gücündə zəlzələ minlərlə insanın ölümünə və yaralanmasına səbəb olmuşdur. Zəlzələ Qaziantep, Malatya, Hatay, Adana, Mersin, Osmaniye, Adıyaman, Şanlıurfa, Diyarbəkir kimi bir çox şəhərdə hiss olunmuşdur.
Dağıntılar altında qalam insanların xilas edilməsi üçün ölkəmizdən və digər ölkələrdən xilasedicilər Türkiyəyə getmiş və xilasetmə işində yaxından iştirak etmişdir.
Azərbaycan xalqı zəlzələnin ilk dəqiqələrindən qardaş ölkə – Türkiyənin yanında olmuş və yardımlarını əsirgəməmişdir. Hər zaman olduğu kimi bu gün də dəstəl olmağa davam edərək birliyimizi bir daha göstərmişdir. Azərbaycan xalqı baş vermiş zəlzələ nəticəsində sarsılmışdır. Maddi durumu fərq etmədən hər kəs əlindən gəldiyi qədər öz dəstəyini göstərmişdir və göstərməyə davam edir. Xalqımız könüllü olaraq ərzaq, geyim və s. Bir çox yardım etmişdir.
Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır. Dövlət qurumlarının nümayəndələri öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar.
Fevralın 6-8 tarixlərində Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilmişdir. Ümumilikdə faciə baş verdiyi saatdan 8 fevraladək  FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilmişdir. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir.
İctimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start vermişdir.
Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə 9 fevral tarixində Qaziantep hava limanına yola düşmüşdür.
Zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərilir. Maddi yardım təqdim edən vətəndaşlar elektron ödəniş sistemlərindən istifadə edirlər ki, bu zaman vətəndaşların pul köçürmələrindən vergi tutulması kimi hallar barədə ictimaiyyət arasında məlumatlar yayılmışdır.
Vətəndaşlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə elektron qaydada aparılan ödənişlər hər hansı elektron ticarət qaydasında göstərilən iş və xidmətlərin alışı ilə bağlı olmadığından həmin ödənişlərdən ödəməni həyata keçirən banklar tərəfindən 18 faiz dərəcə ilə ƏDV tutulmur.
“Qardaş Köməyi” Platforması zəlzələdən zərər çəkənlərə yardım etmək üçün Azərbaycan və Türkiyənin aidiyyatı dövlət qurumları ilə birgə koordinasiyalı fəaliyyətin həyata keçirilməsi ilə əlaqədər razılıq əldə etmişdir.
Fatimə Talıbzadə. Azərbaycan Dövlət Pedaqoji Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90