İctimai fəal Bəxtiyar Hacıyevin evində axtarış aparılır.
Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. O yazıb ki, axtarış tədbiri Bəxtiyar Hacıyevin valideynlərinin,dostlarının evində də aparılır:
“Hal-hazırda Bəxtiyar Hacıyevin Bakı şəhərində yaşadığı evdə, Gəncə şəhərində olan ata evlərində, qardaşının evində, Bəxtiyarın və dostlarının evində və avtomobilində axtarış götürmə istintaq hərəkətləri aparılır, hətta telefonları da əllərindən alınıb”.
Ehtimal olunur ki, ictimai fəala qarşı yeni ittiham irəli sürülə bilər.
![]()




















