image-rt-reklam
image-1backend

İcra Hakimiyyətinin vəzifəli şəxsinə “stop” qoyuldu

image-728x90

Sabirabad Rayon İcra Hakimiyyəti yanında Mənzil-İstismar Sahəsinin rəisinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

8 ay əvvəl MİS rəisi təyin olunan Sadıqov Yusif Ağakərim oğlunun Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə 10510.96 AZN vergi borcu yaranıb.

Vergi borcunu 5 gün müddətində ödəmədiyi halda qanunvericiliklə müəyyən olunmuş tədbirlərin görüləcəyi barədə Yusif Sadıqova xəbərdarlıq edilib.

Məhkəmənin qərarı ilə 1981-ci il təvəllüdlü sahə rəisi sözügedən xəbərdarlığı yerinə yetirmədiyi üçün ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.Qaynarinfo

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90