image-rt-reklam
image-1backend

İcra başçısının yerinə o təyin edildi – Foto

image-728x90

Dövlət Statistika Komitəsinə (DSK) yeni aparat rəhbəri təyin edilib.

Ulusal.az Modern.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Qasım Əliyev gətirilib.

Qasım Əliyev 1998-2015-ci illərdə Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı, baş məsləhətçi, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində işləyib.

2016-cı ildən Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Yeni Aparat rəhbəri Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 oktyabr tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin sabiq aparat rəhbəri Cabbar Musayev ötən ay Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90