Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov oğluna təmtəraqlı toy edib.
Ulusal.az-ın əldə etdiyi məlumata görə, toy Gülüstan sarayında baş tutub. Belə ki, 1000 nəfərlik zalda xeyli sayda məmur təbəqəsi, qohumlar olmaqla, bəyin dostları da iştirak edib. O da bildirilir ki, toyda ingilis dilində mahnılar ifa edilib, rəqslər olunub.
Nəzərinizə çatdıraq ki, Gülüstan Sarayında menyunun qiyməti minimum 310 manat olduğunu nəzərə alsaq, məclisə 500 min manata yaxın pul xərclənib.
Qeyd edək ki, Gülüstan Sarayı Prezidentin İşlər İdarəsinə məxsusdur və orda adətən dövlət tədbirləri olur.”Unikal”






















