image-rt-reklam
image-1backend

I Qarabağ müharibəsinin şəhidi Surxay Məmmədov dəfn edildi

image-728x90

31 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini şəhid hərbçi Məmmədov Surxay Rza oğlunun Gəncə Şəhidlər Xiyabanında dəfn mərasimi keçirilir.

Mərasimdə Daşkəsən Rayon və Gəncə şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, Daşkəsən rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları və əlilləri, rayon sakinləri və KİV mənsubları iştirak edirlər.

Qeyd edək ki, şəhid Məmmədov Surxay Rza oğlu 7 dekabr 1974-cü ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olub. O, könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. 8 fevral 1993-cü ildə Ağdərə rayonunun Mehmanə kəndi ərazisində erməni silahlı dəstələri ilə gedən döyüşlərdə hərbi xidməti borcunu yerinə yetirərkən müqəddəs şəhidlik zirvəsinə ucalıb. İtkin düşmüş hesab olunan Surxay Məmmədovun nəşinin qalıqları İsmayıllı Şəhidlər Xiyabanında dəfn olunan naməlum şəhid qəbirlərindən aşkar edilib.

***

11:23

Daşkəsəndə şəhid Surxay Məmmədovla vida mərasimi keçirilir.

Daşkəsən rayon Qabaqtəpə kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədov Surxay Rza oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.

Hazırda şəhidin yaxınlarının yaşadığı evin önündə onunla vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçilər, rəsmilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və çox sayda rayon sakini iştirak edir.

Vida mərasimindən sonra şəhid Gəncə Şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Surxay Məmmədov 1993-cü ildə Ağdərə rayonunun Mehmanə kəndi ərazisində şəhid olub. O, naməlum şəhid kimi İsmayıllı Şəhidlər Xiyabanında dəfn olunmuşdu.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90