image-2000x150
image-hunerbackend

Huner Group “Turan” futbol klubunun baş sponsoru oldu

image-728x90
Huner Group Turan Tovuz PFK-nin baş sponsoru oldu.
Ulusal.az xəbər verir ki, sponsorluq haqqında müqavilə bu gün Tovuz şəhər stadionunda “Turan Tovuz” futbol klubunun İdarə Heyətinin sədri Rəşid Məhərrəmov ilə Huner Group-un təsisçisi Ehtiram Quliyev arasında imzalanıb.

Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə baş tutan tədbirdə FİF-in icraçı direktoru Tural Piriyev, klubun İdarə Heyətinin üzvləri, əməkdaşları və media nümayəndələri iştirak ediblər. İmzalanma mərasimindən sonra media nümayəndələrinin sualları cavablandırılıb.

Bu əməkdaşlıqdan məmnunluğunu dilə gətirən Ehtiram Quliyev bildirib ki, “ölkəmizdə, xüsusilə də bölgələrdə futbolun inkişafına töhfə qatmaq bizim üçün qürurvericidir. İnanırıq ki, bu əməkdaşlıq hər iki tərəf üçün uğurlu olacaq, komandamız tezliklə öz şanlı tarixi günlərinə geri qayıdacaq və ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcək”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90