image-2000x150
image-1676268087_mehriban-esas-ssbackend

Humanizmin simvolu-VAQİF ABDULLAYEV YAZIR

image-728x90

Qardaş Türkiyədə baş vermis fəlakətli zəlzələdən ən çox sarsılaraq ilk saatlarından dərhal təcili kömək əlini uzadan Azərbaycan oldu. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə xilasedicilərimiz, tibb heyəti ilk gündən hadisə zonasına yollanaraq öz şərəfli işini yerinə yetirməkdədir. Birinci Vitse-prezident Mehriba xanım Əliyevanın bir çağırışı ilə yüz minlərlə azərbaycanlı öz qardaş-bacısının harayaına çatmaq üçün yardım kampaniyasına qoşulub, qədirbilən xalqımız gecə-gündüz var gücü ilə öz köməyini göstərməkdədir.

Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu bir həftəyə yaxındır ki, humanitar kampaniya çərçivəsində toplanan yardım karvanlarını qardaş ölkənin zəlzələ bölgəsinə daşıyır. Müxtəlif isti geyimlər, gigiyenik vasitələr, istilik avadanlıqları, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, yorğan və döşəklər və s. mallar təbii fəlakətdən zərər çəkmiş insanların ehtiyac duyulan ləvazimatlarının ödənilməsində çox böyük rol oynamaqdadır.

Türk və islam ölkələrinin müdrik bir deyimi var, “Əl tutmaq Əlidən qalıb”. Neçə illərdir ki, Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən birinə çevrilən bu əməli-saleh və nəcib keyfiyyətləri biz Heydər Əliyev Fondunun timsalında görməkdədyik, Fondun qardaş ölkəyə əl tutmaq təşəbbüsü ümummilli ideyaya çevrilərək birlik və həmrəyliyin nümunəsi kimi Azərbaycanın sərhəd tanımadan bütün kənd və qəsəbələrini əhatə etməkdədir.

Mehriban Əliyeva bu xeyirxah missiyası ilə bütün Türk dünyasının hümanizminin Simvoluna çevrilib. Biz Mehriban Əliyevanın ötən illərdə də qardaş ölkəyə sonsuz sevgi və qayğısını görmüşük. Sarsıdıcı faciədən əvvəllər də Heydər Əliyev Fondu qardaş ölkədə saysız-hesabsız humanitar və sosial layihələrə imza atıb. Bunun nəticəsidir ki, Mehriban xanım Ankara İş Qadınları Dərnəyi tərəfindən “2004-cü ilin Birinci xanımı”, TÜRKSAV-ın “Türk dünyasına xidmət” mükafatlarına layiq görülübdür.

Prezident Pəcəb Tayyib Ərdoğanın, Türkiyənin Birinci xanımı Əminə Ərdoğanın, eləcə də Türkiyə rəsmilərinin və sadə insanların Mehriban xanlımın bu acı günlərdəki insanpərsevərliyini xüsusi alqışlaması, Ona minnətdarlıqlar etmələri Mehriban Əliyevanın Humanizminə, Böyüklüyünə verilən Dəyərin ifadəsidir.

Mehriban Əliyevanın əvəzolunmaz insanpərvərliyi, şəfqət və mərhəməti, səxavəti, qüdrəti bütün Türk dünyasında və bəşəriyyətdə genişlənən örnəyə çevrilib. Türk dövlətləri, eləcə də digər müxtəlif ölkələr birlik nümayiş etdirərək Türkiyəyə yardım kampaniyasına qoşulublar.

Bir Azərbaycanlı olaraq Mehriban xanımın bu nümunəvi, əməli-saleh və bənzəri olmayan humanizminə görə, hədsiz fəxr və qürur duyur, Ona dərin minnətdarlığımı bildirirəm.

Heç şübhə yoxdur ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hazırkı nümunəvi missiyasını növbəti mərhələdə – zəlzələ bölgəsində başlayacaq bərpa və yenidənqurma işlərində də yaxından davam etdirəcək, minlərlə ailənin sosial-maddi-mənəvi ehtiyaclarının ödənilməsində köməyini əsirgəməyəcəkdir.

Mehriban xanımın Kahramanmaraşda, Hatayda, Adıyamanda, Adanada, Qaziantepdə və digər bölgələrdə zərər çəkmiş insanların pənahı, dayağı olacağı, onlara xüsusi diqqət və qayğı göstərəcəyi, dinc və firavan həyatlarına qovuşması, bağça, məktəb, səhiyyə ocaqlarının, məcsid, idman, mədəniyyət müəssisələrinin inşa olunması, yüzlərlə uşağın təhsilinin bərpası, sosial reabilitasiyası üçün tükənməz gücünü əsirgəməyəcəyinə qəti əminik.
İnanırıq ki, Onun bu möhtəşəm və təqdirəlayiq fəaliyyəti türk xalqları arasında həmrəyliyin daha da möhkəmlənməsinə səbəb olacaqdır.

Fürsətdən istifadə edərək, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri aparan xilasedicilərimizin sözlə ifadə edilməyəcək əsil qəhrəmanlıqlarına, tibb işçilərimizin, könüllülərin yorulmadan göstərdiyi fədakar əməyinə görə, dərin minnətdarlığımı ifadə etmək istərdim.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90