image-2000x150
image-b5711cf17b49310a068d3fe1a21182adbackend

Hulusi Kılıç ŞOK FAKTLARI açdı: “Ermənilər səfirimizi və onun qohumum olan sürücüsünü…”

image-728x90
Xəbər verdiyimiz kimi, 3 gün öncə Ermənistanın paytaxtı İrəvanda “Nemezis” əməliyyatının iştirakçılarına xatirə abidəsinin təntənəli açılışı olub. Terrorçu xalq bir az da abidə önündə göz yaşları tökərək “soyqırım qurbanları”nı yad edib.

Ermənilərin iç üzünü göstərən əməllərinə münasibət bildirən Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç  açıqlamasında bildirib ki, dünyanın heç bir ölkəsində qatillərin xatirəsinə abidə qoyulmur.

hulusi.jpg (65 KB)

“Ancaq qonşu Ermənistanın qatillər üçün xatirə abidəsinin təntənəli açılışını etdiyini öyrəndik. Həm Türkiyənin, həm də Can Azərbaycanın Ermənistanla əlaqələri normallaşdırmağa çalışdığı bir dönəmdə qarşı tərəf bu prosesə zərbə vurmağa çalışır. Biz istəyirik ki, Ermənistan normal dövlət, normal qonşu olsun və bizimlə əlaqələri normallaşdırsın. Ancaq görürük ki, Ermənistanda bir qrup – xüsusilə “Daşnaksütyun” partiyası bu prosesə zərbə vurmağa çalışır. Onlar 1920-1922-ci illərdə müdafiəsiz türk vətəndaşlarını, türk liderlərini qətlə yetiriblər. ASALA terror təşkilatı həmkarlarımı – diplomatları qətlə yetirib. Mən 1975-ci ildə diplomatik fəaliyyətə başlayarkən Türkiyənin Parisdəki səfiri İsmayıl Erez və onun qohumum olan xidməti sürücüsü Talip Yener səfirliyin yaxınlığında qətlə yetiriliblər. Həmin ildə Türkiyənin Vyana səfiri Daniş Tunalıgil səfirliyə hücum edən 3 terrorçu tərəfindən öldürülüb. 80-ci illərdə də bu qətllər davam etdi. Hər gün bir xain hücum xəbəri bizi yaraladı. Diplomat xidmətdə olduğu ölkəyə əmanətdir. Həmin ölkə onları qorumalıdır. Ancaq qatillər o ölkələr tərəfindən – başda Fransa, ABŞ, Kanada, Livan olmaqla qorundu. Türk diplomatları Hitlerin soyqırımlarından qaçan yəhudilərə diplomatik pasport verərək onları qırğından xilas edib. Türk diplomatlarının dünyada bənzəri yoxdur”, – sabiq səfir vurğulayıb.

ismail.PNG (2.09 MB)

Hulusi Kılıç qeyd edib ki, dünya terror ruhu daşıyan ermənilərə reaksiya verməlidir:

“Lakin Avropa onlara layiq olduqları cəzanı vermir. Əgər lazımi cəza verilsəydi, onlar öz əməllərini təkrarlamazdı. Qərbin ikili standartlardan çıxış etməsi erməni terrorçularına cəsarət verib. Biz kinlə deyil, sevgi ilə yaşayan bir xalqıq. Yeni tarixdə Xocalı soyqırımına baxsınlar. 44 günlük müharibədə gecə ikən Gəncəyə raket atanlara, Bərdəyə bomba atanlara baxsınlar. Bunlar mülki şəxslərə qarşı törədilən qətliamdır. Mingəçevir SES-ə raket atanlara  baxsınlar.

Ermənilərin soyqırımı olmayıb. Məhz ermənilər tərəfindən türklərin soyqırımı həyata keçirilib. Balkan yarımadasından, Krımdan, Qafqazdan zorla köçürülən türklər soyqırıma məruz qalıb.

Qərb ölkələri xristianlıq adı altında Ermənistanı dəstəkləyir. Bunun insanlıqla əlaqəsi yoxdur. Mən Ermənistanı bir daha ağıllı olmağa, yaranan fürsəti dəyərləndirməyə çağırıram. Bu fürsət Türkiyə ilə Ermənistan, Azərbaycanla Ermənistan arasındakı əlaqələri normallaşdırma fürsətidir. Bu fürsət sülh sazişinin imzalanması prosesidir. Soyqırım törədənlərin xatirəsini yad etmək onlara yalnız ziyan gətirəcək”.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90