image-2000x150
image-555backend

“Hraparak”: “Moskvada Bakı ilə İrəvan arasında protokol imzalanacaq”

image-728x90

Xəbər verildiyi kimi, bu gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək. Ulusal.az xəbər verir ki, Kreml bununla bağlı açıqlama verərək, bildirib ki, görüşdə nəticə əldə edəcəklərinə ümid edirlər.

Ermənistan mediası isə sözügedən görüşdə protokol imzalanacağını iddia edib. Bu məlumatın mənbəyi “Hraparak” qəzetidir. Nəşr yazır ki, həmin protokol Azərbaycan və Ermənistan arasında ərazilərin bütövlüyünün tanınmasını ehtiva edəcək. “Ermənistan hakimiyyətindəki mənbələr bildirirlər ki, Azərbaycan və Ermənistan Moskvada qarşılıqlı ərazi bütövlüyünün tanınması haqqında protokolun imzalanması istisna deyil. Üstəlik, həmin mənbələr əminliklə qeyd edirlər ki, həmin protokol çoxdan imzalanıb. Sadəcə, bu sənədin elan edilməsi üçün düzgün yer və vaxtı seçmək qalır”.jamaz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90