image-rt-reklam
image-1backend

Hökumət kütləvi vergi güzəştləri planlaşdırır: Xalqa dəstək

image-728x90

İsveç ev təsərrüfatlarına kömək etmək üçün 1,75 milyard dollar vergi güzəşti etməyi planlaşdırır.

Ulusal.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, 2025-ci ildə İsveç hökuməti artan qiymətlər və borclanma xərcləri nəticəsində alıcılıq qabiliyyətini itirmiş ev təsərrüfatlarına dəsətk üçün gəlir vergilərini azaldacaq.

Qeyd olunur ki, bu tədbir gələn ilin büdcəsində təxminən 13,5 milyard krona (1,31 milyard dollar) başa gələcək, daha 4,4 milyard dollar səhmlərdə və qarşılıqlı fondlarda bəzi qənaətləri vergidən azad etmək üçün ayrılacaq.

Hökumət ev təsərrüfatlarına dəstək və infrastruktur xərcləri də daxil olmaqla əlavə tədbirləri özündə əks etdirən 60 milyard kronluq büdcə təqdimi planlaşdırır.

Tam büdcə sentyabrın 19-da təqdim olunacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90