image-rt-reklam
image-1backend

Hökumətdən əhaliyə şad xəbər – Bu şəxslərə birdəfəlik ödəniş ediləcək

image-728x90

Tailand hökuməti iqtisadi artımı stimullaşdırmaq üçün əhaliyə ümumilikdə 145,6 milyard baht (4,4 milyard dollar) məbləğində nağd ödənişləri təsdiqləyib.

Bu barədə “The Straits Times” yazıb.

Qeyd olunur ki, ödənişlər ölkə üzrə 14,6 milyon insana, o cümlədən 12,4 milyon dövlət sosial sığorta kartı sahibinə və 2,15 milyon əlilliyi olan şəxsə veriləcək.

Sentyabrın 17-də Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinqdə maliyyə naziri Piçai Çunhavajira bildirib ki, hökumət sentyabrın 25-də sözügedən kateqoriyadan olan şəxslərin hər birinə 10,000 baht köçürməyə başlayacaq. Ödəniş prosesinin sentyabrın sonunadək başa çatdırılması gözlənilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90