Türkiyədə kommunal borclarını ödəyə bilməyənlər üçün hökumət tərəfindən tədbir görülür. 400 min vətəndaşın 250 milyon TL (1 milyon 230 min manat) borcu silinəcək.
Ulusal.az xəbər verir ki, 2025-ci ilə yaxınlaşdıqca, imkanı olmayan vətəndaşların gözü Ümumi Sağlamlıq Sığortasına (GSS) yönəlib. GSS məcburidir və bu öhdəliklərdən imtina etmək mümkün deyil.
Gələn həftə Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək Əmək və Sosial Müdafiə Nazirliyi ilə bağlı qanun layihəsində 2014-cü ilin borcları üçün amnistiya tətbiq olunacaq. Bu çərçivədə ödəmə imkanı olmayan 400 min vətəndaşın 250 milyon TL borcu silinəcək.
Digər tərəfdən, dekabr ayında çıxması gözlənilən Prezident fərmanı ilə 2015-ci ildən bəri maliyyə çətinliyi yaşayan milyonlarla vətəndaşın milyardlarla TL borcları bir il daha təxirə salınacaq.
Qeyd edək ki, 1 oktyabr 2015-ci il tarixindən etibarən sığorta haqqı borcundan asılı olmayaraq, GSS çərçivəsində insanlara səhiyyə xidmətləri göstərilir. Bu imkan 2015-ci il oktyabrın 1-dən Nazirlər Şurasının və Prezidentin Qərarları ilə demək olar ki, hər il təkrarlanır və nəhayət, Prezidentin 7977 saylı Fərmanı ilə bu tətbiq 31 dekabr 2024-cü il tarixinə qədər uzadılıb.