image-rt-reklam
image-1backend

“Hizbullah” İsrailə qarşı savaşa qoşulurmu? – “HƏMAS” rəsmisindən cavab gəldi…

image-728x90

“HƏMAS” artıq Qəzzanın şimalı üzərində nəzarəti itirib…

“HƏMAS”-ın yüksək rütbəli rəsmisi Livanın “Hizbullah” qruplaşmasının İsrailə qarşı müharibəyə hansı şərtlər altında girəcəyini açıqlayıb.

Ulusal.az xəbər verir ki, bu barədə “Segodnya v İsraile” telegram-kanalı məlumat yayıb.

” “Həmas” Qəzza zolağında məhv edilərsə, “Hizbullah” müharibəyə girəcək” -deyə “HƏMAS” nümayəndəsi bildirib.

“Hizbullah” yaraqlılarının hücum dairəsini genişləndirməyi planlaşdırdıqları haqda əvvəllər xəbər verilib. Onların planlarının dünən, noyabrın 13-də həyata keçirə biləcəkləri barədə də məlumatlar var idi”-bunu da İsrail mediası yazır.

O da bildirilir ki, son günlər “Hizbullah” İsrailin şimalında hücumlarının sayını artırıb. Onların əməllərindən həm hərbçilər, həm də mülki şəxslər zərər çəkib. Cavabında İsrail Müdafiə Ordusu(İMD) “Hizbullah” qruplaşmasının mövqelərinin yerləşdiyi Livan ərazisinə hücum edib. Belə ki, hərbçilər tank əleyhinə raketin buraxılış məntəqəsi olan mövqeyə zərbə endiriblər. Raketi atmağa hazırlaşan terrorçu məhv edilib.

Onu da xatırladaq ki, oktyabrın 20-də ABŞ rəsmiləri İsrailə “Hizbullah”la münaqişəyə girməmək barədə xəbərdarlıq edib Bayden administrasiyası İsrailin iki cəbhədə müharibə aparmaqda çətinlik çəkəcəyini, həmçinin bu halda həm ABŞ, həm də İranın müharibəyə qoşula biləcəyini düşündüyünü bildirib. Bundan bir neçə gün sonra isə İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, “Hizbullah” müharibəyə qoşulmaq barədə qərar verərsə, səhv etmiş olacaq: “Nəticədə “Hizbullah” peşman olacaq. Bu halda “Hizbullah” dəhşətli itkilərə məruz qalacaq”.

İsrail mediası onu da qeyd edir ki, artıq “HƏMAS”-ın böyük itkilər verməkdə və mövqelərini itirməkdə davam etdiyi Qəzza zolağında İMD-nin son uğurları məlum olub. Belə ki, hərbçilər terrorçuları strateji əhəmiyyətli 13 məntəqədən çıxararaq, “HƏMAS”-ın Qəzza zolağında əsas qərargah kimi istifadə etdiyi “Şifa” xəstəxanasını nəzarətə götürüb. Artıq qruplaşmanın Qəzzanın şimalına nəzarəti itirdiyi və cənuba çəkildiyi bildirilir…

İsrail müdafiəçilərinin uğurunun başqa bir nümunəsi bütün komandirlərin və təxminən 250 silahlının öldürüldüyü “HƏMAS”-ın “Draq Tafah” batalyonunun ləğv edilməsidir.

Həmçinin, İsrail hərbçiləri Qəzza şəhərində “HƏMAS”-ın parlamentini də ələ keçirərək, kürsüdə qrup şəkili çəkdiriblər…moderator.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90