image-rt-reklam
image-1backend

Hikmət Mirzəyevin keçmiş vəzifəsi bu generala həvalə edildi – DOSYE+FOTO

image-728x90

Xüsusi Təyinatlı Qüvvələrin Komandanı vəzifəsi general-mayor Akif Pirverdiyevə həvalə edilib.

Ulusal.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda qeyd olunub.

“Qafqaz Qartalı – 2024” birgə təliminin açılış mərasimində Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsini icra edən general-mayor Akif Pirverdiyev çıxış edərək, Müdafiə Nazirliyi rəhbərliyinin təbrikini şəxsi heyətə çatdırıb, təlim iştirakçılarına uğurlar arzulayıb.

Akif Pirverdiyev 44 günlük Vətən Müharibəsində iştirak edib. Prezidentin sərəncamı ilə “Zəfər” ordeni ilə təltif edilib. General Pirverdiyev daha öncə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

General XTQ-dən əvvəl bu qoşun növündə komandanın Maddi Texniki Təminat üzrə müavini olub. Sonradan XTQ-nin Qərargah rəisi vəzifəsinə yüksəlib. O, Goranboy rayonundandır.

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin əvvəlki komandanı general-leytenant Hikmət Mirzəyev idi. Vətən Müharibəsi Qəhrəmanı bir müddət əvvəl müdafiə nazirinin müavini-quru qoşunlar komandanı təyin edilib.

Generalın yeni vəzifəyə təyin olunması barədə xəbəri bundan əvvəl “qafqazinfo” yayıb.

1354189

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90