image-2000x150
image-1backend

Hikmət Mirzəyevin gəlişi: Yeni dövr başlayır – Ekspertlər

image-728x90

General-leytenant Hikmət Mirzəyev çox vətənpənvər və peşəkar zabitdir, yeni təyin olunduğu vəzifəyə qat-qat layiqdir.

Bu sözləri Axar.az-a Hikmət Mirzəyevin müdafiə nazirinin müavini və Quru Qoşunları komandanı təyin edilməsi haqqında danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

Hərbi ekspert Hikmət Mirzəyevin ölkə rəhbərliyinin ən çox etimad etdiyi generallar arasında olduğunu vurğulayıb:

“Hikmət Mirzəyev həm cəmiyyətdə, həm də Silahlı Qüvvələrdə kifayət qədər nüfuzu olan şəxsdir. Düşünürəm ki, Quru Qoşunları komandanlığı onun üçün sonuncu pillə deyil. Çünki hörmətli generalımızın həyat təcrübəsi, ordu quruculuğundakı rolu, Birinci və İkinci Qarabağ müharibələrində, antiterror tədbirlərində göstərdiyi xidmət buna imkan verir. Hikmət Mirzəyev kifayət qədər prinsipial və savadlı zabitdir. Eyni zamanda Hikmət Mirzəyevin yeni ordu modellərinin tətbiqinə, hərbi quruculuğa dair özünəməxsus və çox ciddi yanaşmaları var. Bununla yanaşı, general həm Türkiyədə, həm də MDB məkanında hərbi dairələr tərəfindən qəbul olunur, ona hörmətlə yanaşılır”.

Hərbi ekspert Ədalət Verdiyev də Hikmət Mirzəyevin peşəkarlığından, vətənpərvərliyindən bəhs edib, ona ölkə rəhbərliyinin böyük etimadından danışıb:

“Hikmət Mirzəyevi 1992-ci ildən tanıyıram. Birinci və İkinci Qarabağ müharibələrinin, Aprel döyüşlərinin, 2023-cü il antiterror tədbirlərinin, digər toqquşmaların iştirakçısıdır. General hərbi məktəbi Rusiyada bitirib, akademik təhsili isə Türkiyədə alıb. Yəni həm SSRİ, həm də NATO hərb sistemini çox yaxşı bilir, üstəlik, ölkəmizdə hər kəs tərəfindən qəbul olunan şəxsdir. İkinci Qarabağ müharibəsi dövründə Ali Baş Komandanın strategiyasını yüksək səviyyədə icra edən yüksək rütbəli hərbçilərimizdən biridir. XTQ bütün düşmənlərimizin kabusudur. Bu peşəkarlığı, qəhrəmanlığı, ölümün gözünə dik baxmağı məhz Hikmət Mirzəyev onlara öyrədib. Onun kimi xalqın qəlbində yer tutmaq hər zabitə nəsib olmur. Ali Baş Komandan İlham Əliyevin Hikmət Mirzəyevə müharibə gedə-gedə general-leytenant rütbəsi verməsi ölkə rəhbərliyinin ona olan böyük etimadından xəbər verir. Təyinat çox uğurludur və Türkiyə ordu modelinə keçid, döyüş potensialının artırılması, müasir təcrübənin, yanaşmaların tətbiqi sahəsində general-leytenant Hikmət Mirzəyevin məhsuldar xidmət göstərəcəyinə əminəm”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90