image-rt-reklam
image-1backend

Hikmət Mirzəyev kimdir – DOSYE

image-728x90

Xəbər verdiyimiz kimi, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı təyin edilib.

Ulusal.az  Hikmət Mirzəyevin dosyesini təqdim edir:

Xüsusi Təyinatlı Qüvvələrin Komandanı, general-leytenant Hikmət İzzət oğlu Mirzəyev Biləsuvar rayonunda doğulub. O, Birinci Qarabağ müharibəsində iştirak edib, xüsusi təyinatlı taborun üzvü olub.

H.Mirzəyev Ümummilli lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb. Ona Polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib.

O, 19 yanvar 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb. 17 oktyabr 2020-ci ildə Prezident İlham Əliyev general-mayor Hikmət İzzət oğlu Mirzəyevi general-leytenant ali hərbi rütbəsi ilə təltif edib.

2016-cı ilin aprelində və 2020-ci ildə Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatının başçısıdır.

8 noyabrda Xankəndidə keçirilən parad heyətinə Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev başçılıq edib.

Hikmət Mirzəyev “Vətənə xidmətə görə”, “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, 3 dəfə “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları ilə təltif olunub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90