image-rt-reklam
image-1backend

Hikmət Hacıyevdən sülh müqaviləsi AÇIQLAMASI: “Yeni proses başlayacaq”

image-728x90

“Bakı və İrəvan sülh müqaviləsi üzrə danışıqlarını dekabrda bərpa edəcəklər”.

Ulusal.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən COP29 konfransında TASS agentliyinə müsahibəsində deyib.

O, hazırda Azərbaycanın gündəmində olan əsas mövzunun bu ayın sonuna qədər COP29 olduğunu vurğulayıb.

“Şübhəsiz ki, dekabr ayından başlayaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq “, – Hacıyev bildirib.

Onun sözlərinə görə, sənədin mətnində həll olunmamış məsələlər var:

“Ona görə də tərəflər ekspertlər səviyyəsində müzakirələri və danışıqları davam etdirirlər. Çünki Ermənistan tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab vermədi. Beləliklə, biz bu kontekstdə gecikmiş prosesi hiss edirik. Şübhəsiz ki, dekabrdan başlayaraq yeni proses olacaq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90