“Ağdam-Xankəndi yolu açılandan sonra Laçın yolu da 24 saat ərzində açılacaq”. Ulusal.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev BBC-yə müsahibəsində deyib.
O qeyd edib ki, “Yollar nə qədər çox olsa, hamı üçün bir o qədər yaxşıdır”.
Hacıyevin sözlərinə görə, “Qarabağdan olan ermənilərə Azərbaycanın digər vətəndaşları kimi dil, mədəni, dini, o cümlədən bələdiyyə hüquqları təklif olunur”.





















