image-rt-reklam
image-heydar_aliyev_ilham_aliyev_090522backend

Heydər Əliyev yolu – Azərbaycanın müstəqillik, güc və qürur yolu

image-728x90

3 oktyabr 1993-cü il – Azərbaycan tarixində dönüş nöqtəsi olan bir gündür. Məhz bu tarixdə xalqın böyük etimadı ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisənin 32-ci ildönümünü biz – Özbəkistanda yaşayan Azərbaycan diasporu dərin qürur hissi ilə yad edirik.
Şəxsiyyətlər var ki, zaman onları aşır, tarixi özləri yazır və xalqlarının taleyini dəyişdirirlər. Heydər Əliyev belə əbədiyaşar liderlərdən biridir. O, Azərbaycanın dövlətçilik fəlsəfəsini formalaşdıraraq müstəqilliyimizi əbədi və dönməz etdi.
Müstəqilliyin ilk illərində ölkəmiz ağır sınaqlardan keçirdi – xaos, siyasi böhran, parçalanma təhlükəsi. Bu dövrdə xalqın yeganə ümid yeri Heydər Əliyev oldu. Onun hakimiyyətə qayıdışı ilə Azərbaycan sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoydu. Dövlət institutları yaradıldı, milli ordu quruldu, iqtisadi islahatlar başlandı, beynəlxalq nüfuz möhkəmləndi. Ən əsası – milli birlik və həmrəylik bərpa olundu.
Prezident İlham Əliyevin dediyi kimi: “Əslində, bizim müstəqil tariximiz 1993-cü ildən başlayır. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi dövlət müstəqilliyimizin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır.”
Heydər Əliyevin siyasi kursu – milli dəyərlərlə müasir düşüncənin vəhdəti, müstəqilliyini qorumaq istəyən hər bir xalq üçün nümunədir. Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev həmin yolu uğurla davam etdirərək, Azərbaycanın müasir dövrdə güclü və qalib dövlət kimi mövqelərini möhkəmləndirib. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə, işğaldan azad olunmuş torpaqlarda geniş bərpa və quruculuq işləri Heydər Əliyev ideyalarının həyatdakı ən böyük təcəssümüdür.
Biz, Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Milli Mədəniyyət Mərkəzi olaraq, Heydər Əliyev ideyalarının diaspor həyatında da yolumuza işıq tutduğunu xüsusi vurğulamaq istəyirik. Müstəqilliyimizə, milli birliyimizə və dövlətçiliyimizə sahib çıxmaq – hər bir azərbaycanlının, o cümlədən xaricdə yaşayan soydaşlarımızın müqəddəs vəzifəsidir.
Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik məktəbi, milli inkişaf strategiyası və müstəqillik fəlsəfəsi gələcək nəsillər üçün əbədi mayak olaraq qalacaqdır.
Heydər Əliyev yolu – Azərbaycanın müstəqillik, güc və qürur yoludur!

Mobil Məmmədov
Özbəkistanda RAzMMM
idarə heyyətinin sədri

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90