image-2000x150
image-fb_img_1683565492569backend

“Heydər Əliyev və Azərbaycan gənc istedadların gözü ilə” adlı yaradıcılıq sərgisi keçirildi

image-728x90

Şabran rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gənc istedadların gözü ilə” adlı yaradıcılıq sərgisi keçirilmişdir.
Tədbirdə Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyət nümayəndələri, məktəb kollektivləri və gənclər iştirak etmişdir.
Rayonumuzun gənc istedadlarının yaradıcılıq nümunələri nümayiş olunmuş, şerlər və nəğmələr dinlənilmişdir. Böyük marağa səbəb olan tədbirin sonunda müxtəlif ölkələrdə keçirilən idman yarışlarında qələbə qazanan gənc idmançılar və sərginin təşkilində xüsusi fəallıq göstərən bir neçə ümumtəhsil müəssisəsi Şabran rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə mükafatlandırılmışdır.

image-fb_img_1683565512700 image-fb_img_1683565509677 image-fb_img_1683565506904 image-fb_img_1683565504230 image-fb_img_1683565502092 image-fb_img_1683565499885 image-fb_img_1683565497647 image-fb_img_1683565495408 image-fb_img_1683565492569

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90