image-rt-reklam
image-d225a2b7-a80a-4f82-bd5f-9c68b9cb6ccebackend

Heydər Əliyev  Nəcməddin Sadıqova niyə qəzəblənmişdi? 

image-728x90

Azərbaycan Milli Məclisinin sabiq deputatı, keçmiş baş nazir müavini Vahid Əhmədov 1993-cü ildə baş verən mühüm hadisə barədə danışıb. O, MediaTürk telekanalının efirində həmin dövrdə Müdafiə Nazirliyində yaşanan qalmaqallı epizodu açıqlayıb.

Əhmədovun sözlərinə görə, o dövrdə Azərbaycan ağır hərbi vəziyyətdə idi və silah təchizatında ciddi çətinliklər yaşanırdı. Rusiya ilə münasibətlər gərgin olduğundan ölkəyə silah gətirmək asan deyildi.

“O vaxt ölkə başçısı Heydər Əliyev idi. Biz müdafiə məsələlərini müzakirə edirdik. Ukraynadan silah almağı planlaşdırırdıq. Rusiya bizə silah satmırdı, bu səbəbdən çətinlik çəkirdik”, – deyə Əhmədov bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev Ukraynanın o zamankı baş naziri ilə yaxşı münasibətləri olan Vahid Əhmədova bu işlə şəxsən məşğul olmağı tapşırıb. Ukrayna tərəfi silah verməyə razılıq verib, lakin əvəzində pul yox, yanacaq istəyib.

“Müdafiə nazirinə zəng vurdum, lazım olan silahların siyahısını istədim. Bu siyahıya əsasən, Ukraynadan təxminən 100 ədəd texnika – tanklar və digər silahlar gətirdik”, – deyə Əhmədov əlavə edib.

Lakin daha sonra keçirilən müşavirədə Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər ki, gətirilən tanklar Azərbaycanın ərazisində işlək deyil. Prezident Heydər Əliyev bunun səbəbini soruşduqda, Əhmədov cavab verib ki, həmin silahları Müdafiə Nazirliyinin verdiyi sifarişə əsasən gətirib.

Bu zaman o zamankı Baş Qərargah rəisi Nəcməddin Sadıqov iddia edib ki, belə bir sifariş olmayıb. Əhmədov isə cavabında Müdafiə Nazirliyinin imzalı sifariş məktubunu təqdim edib.

“Heydər Əliyev məktubu oxudu və qəzəblə dedi: ‘Sizə sifariş etdiyiniz texnikanı gətiriblər, utanmırsınız?'” – deyə Vahid Əhmədov hadisəni xatırlayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90