image-rt-reklam
image-heyder-eliyevbackend

“Heydər Əliyev Azərbaycanın xilaskarıdır” – Arzuman Muradlı

image-728x90

“Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu gündə Ulu öndər Azərbaycanın bir dövlət kimi yox olmaqdan xilas etdi.”- bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-1677060887_arzuman-teze-1-2

Arzuman Muradlı qeyd edib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

“İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Heydər Əliyev olmasaydı bu günkü müasir Azərbaycan olmayacaqdı. Mən həmin dövrdə hadisələrin içində idi. Ulu öndərin siyasi xarakteri, dəyənəti məhz ölkəmizi xilas etdi. Ulu öndərimizə allahdan rəhmət diləyirəm”. -deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90