image-rt-reklam
image-heyder-eliyevbackend

Heydər Əliyev Azərbaycanda gənclər siyasətinin banisidir

image-728x90

Ümummilli lider Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına hər zaman diqqət və qayğı göstərirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif gedişlərində sistemli islahatlar yürüdən Ulu Öndərimiz bütün bu proseslərdə gənclərin iştirakına daim xüsusi diqqətlə yanaşırdı. Müxtəlif qurumlarda, dövlət təşkilatlarında, siyasi və iqtisadi arenalarda gənclərin iştirakını təmin etmək üçün səy göstərirdi. Əlbəttə ki, bu da bir dövlətin başçısının nə qədər təqdirəlayiq xüsusuyyətə malik olmasını göstərirdi.

Azərbaycanın inkişafında  iqtisadi, siyasi, mədəni həyatında, demokratik cəmiyyətin qurulmasında gənclərin rolu əvəzsizdir. Əgər dönüb tariximizə nəzər salarsaq, hər bir tərəqqi mərhələsində gənclərimizin özünə aid rol oynadığını görərik.

Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə tədris ocaqları, hərbi məktəblər, gənclərin məşğullugunu nəzərdə tutan mərkəzlər açılmış, gənclərimiz keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müxtəlif ixtisaslara yiyələnmişlər. Heydər Əliyevin təşəbbüsü ilə SSRİ məkanında 150 ixtisas üzrə 15mindən çox azərbaycanlı gəncin yüksək ixtisaslı mütəxəssis hazırlanmasına şərait yaradılmışdır. Azərbaycan gənclərinin 1-ci forumunda dövlət rəhbəri demişdir: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm.”  Uzaqgörən siyasətçi keyfiyyətləri məhz Ulu Ondərə xas xüsusiyyət idi. Bu həmin illərin ən möhtəşəm nailiyyətlərindən biri idi. Gənclər siyasəti Heydər Əliyevin hər zaman aparıcı istiqamərlərindən biri olmuşdur.

Ümummilli lider gənclərlə əlaqədar  məsələləri öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etmişdir. Məhz bu səbəbdən də Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışını ən çox gənclər alqışladı. Ulu Öndər gənclərə arxalandığı kimi gənclər də tarixi şəxsiyyəti boyük lider, milli dövlət quruculuğumuzun banisi kimi qəbul etmişlər. Qeyd etmək lazımdır ki, 1988-1993-cü illər aralığında ölkə gəncləri ictimai-siyasi proseslərdən kənarda qalmışdı. Dahi şəxsiyyət möhtəşəm qayıdışı ilə gənclərin dövlətin və cəmiyyətin müxtəlif sahələrində iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu istiqamətdə atılan addımlardan biri 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi yaradılması oldu. 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 1996-cı il 2fevralda Azərbaycan gənclərinin ilk forumu keçirildi. 1997-ci ildə isə Ulu Öndər “2fevral– Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” sərəncam imzaladı. O gün bu gündür ki, hər il 2 fevral Azərbaycan gənclərinin bayramı kimi təntənəli qeyd edilir.

Ulu Ondər Heydər Əliyev tərəfindən təməli qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəsillərin fiziki, mənəvi-psixiloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin kəşf edilməsi və onların həyatının düzgün şəkildə istiqamətləndirərək ölkənin gələcəyinə tohfə verməsini təmin etmək idi. Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri gözümüzün önündədir. Olkə rəhbəri respublikada gənclər siyasətinin düzgün istiqamətdə aparılmasını çox vacib və önəmli hiss edərək demişdi: “ Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır.”

Bundan başqa qeyd etmək istəyirəm ki, öz tərkibində yüksək intelektual potensialı birləşdirən Yeni Azərbaycan Partiyası sıralarında gənclər böyük   üstünlük təşkil edir. Partiya sıralarına  yeni daxil olanların əsas əksəriyyəti gənclərdən ibarətdir. Ulu öndər və onun ideyalarına sadiq qalan Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanlar yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik hissinin formalaşdırılmasına xüsusi diqqət yetirmişdir. Məhz bu səbəbdəndir ki, ölkəmizin intellektual gəncliyi öz siyasi taleyini YAP-la bağlayır. Partiya gəncliyimizə qayğı göstərməklə yanaşı, onlardan gələn təklif, layihələri diqqətlə qarşılayır və lazımi dəstəyini göstərir. Hətta gənclərimiz parlament və bələdiyyə seçkilərində öz hüquqlarından  istifadə edirlər.

Dünya dövlətləri arasında yüksək nüfuza və etibarlı tərəfdaşlıq mövqeyinə malik olan Azərbaycan gəncliyi regionda liderlik edir. Biz milli mənsubiyyətimizlə qürur duyur, dövlətimizin və millətimizin var olması üçün öz məsuliyyətimizi dərindən dərk edirik. Müstəqillik dövründə gənclərin ictimai-siyasi fəallığı vətəndaş cəmiyyətinin qurulması üçün əsas şərtlərdən biri kimi yeni demokratik münasibətlərin formalaşmasına təkan verir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında müstəqillik, dövlətçilik və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsinə xidmət edir. Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, syasi,iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli liderin Azərbaycan gəncliyi ilə bağlı konsepsiyasına görə hər bir gəncin müstəqil düşüncə tərzi olmalı, özünüdərk, özünütəsdiq yaranmalıdır.

“Yalnız milli xarakterli, düşüncəli gənclər müstəqil dövləti inkişaf etdirə və qoruya bilər.”

Əliyeva Dürdanə

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Müasir Azərbaycan dili kafedrasının müəllimi

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90