image-rt-reklam
image-1backend

Heydər Əliyev atama dedi ki, əlbəttə, sizə ev verərdim… – RƏSULZADƏ

image-728x90

Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Ulusal.az xəbər verir ki, bu barədə o, Modern.az-a müsahibəsində danışıb. Rais Rəsulzadə atası Azər Rəsulzadə ilə birlikdə 1991-ci ildə Heydər Əliyevlə görüşdüyünü xatırlayır.

“1991-ci il idi. Atam növbəti dəfə Bakıya gəlmişdi. Məktəb dostlarından biri ilə zəngləşib danışmışdılar, görüşməli idilər. Görüşə hələ vaxt vardı. Atam mənə dedi ki, gəl, Şəhidlər Xiyabanına gedək, şəhidlərimizi ziyarət edək.

Şəhidlər Xiyabanını ziyarət etdik. Kimsə yox idi, ikimiz idik. Birdən atam qoluma toxundu ki, bax, o, Heydər Əliyevdir. Mən də baxdım ki, həqiqətən də Heydər Əliyev jurnalistlərə müsahibə verirdi. Heydər Əliyev bizi görən kimi yanındakı adamların hamısını araladı, bizə tərəf gəldi.

Atamla salamlaşdı, dedi ki, Siz Məhəmməd Əmin Rəsulzadənin oğlu Azərsiniz?

Atam dedi, bəli.

Heydər Əliyev dedi ki, mən sizi bir dəfə televizorda görmüşəm.

Necəsiniz? Nə var, nə yox?

Eşitmişdim, problemləriniz var. Səhhətiniz nə yerdədi?”.

Atam cavab verdi ki, “xalq düşməni” damğasını atıb, gəlib Vətənə.

Heydər Əliyev dedi ki, o da “kommunist” damğasını atıb. Sabah burada Milli Məclisdə çıxış edəcək.

Heydər Əliyev atama dedi, Naxçıvanda olsaydı, atama hər cür şərait yaradardı. Bizimlə görüşdüyü dönəmdə Heydər Əliyev Naxçıvanda fəaliyyət göstərirdi. Bildirdi ki, indi burada səlahiyyəti yoxdur, bizi Naxçıvana dəvət etdi.

Əlavə etdi ki, Naxçıvanda  masasının üzərindən Leninin büstünü atıb, əvəzinə Məhəmməd Əmin Rəsulzadənin büstünü qoyub, Cümhuriyyət bayrağını asıb…

Fotoda: Ümummilli Lider Heydər Əliyev Məhəmməd Əmin Rəsulzadənin məzarı başında

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90