image-rt-reklam
image-1backend

Hərbi peyklər belə izlənəcək – SENSASİON GƏLİŞMƏ – FOTO

image-728x90

Çinli tədqiqatçılar dünyanın ən güclü lazer əsaslı kamerasını yaradıblar. Bu texnologiya Pekinə xarici hərbi peykləri yüksək dəqiqliklə izləmək imkanı verəcək.

Musavat.com xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.

Yeni cihaz Çin Elmlər Akademiyasının Aerokosmik İnformasiya Tədqiqatları İnstitutunun alimləri tərəfindən hazırlanıb. Aparat Kukunor gölündə keçirilən testlər zamanı 100 kilometrdən çox məsafədə yerləşən obyektlərin yüksək dəqiqliklə görüntülərini çəkə bilib.

103 vatt gücündə işləyən bu lazer kamera əldə etdiyi məlumatları real vaxt rejimində emal edir. Sınaqlar göstərib ki, cihaz 1,7 mm ölçüsündəki detalları aşkar edə və məsafəni 15,6 mm dəqiqliklə təyin edə bilir.

Mütəxəssislərin sözlərinə görə, bu texnologiya mövcud teleskop və linza əsaslı sistemlərdən təxminən 100 dəfə daha yüksək görünürlük təmin edir.

Məqalədə qeyd olunur ki, bu cihaz yalnız peykləri müşahidə etməklə kifayətlənməyəcək, eyni zamanda onların üzərindəki seriya nömrələrini belə oxuya biləcək. Gələcəkdə belə kameraların kosmosa yerləşdirilməsi və aşağı Yer orbitindən hətta insan üzlərini ayırd edə bilməsi nəzərdə tutulur.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90