Tayvan boğazında hərbi təlimlərə başlanılıb.
Yenisabah.az xəbər verir ki, hərbi gəmilər və döyüş təyyarələri hərəkətə gətirilib.
Tayvanın yerləşdiyi bölgədən məsul olan Xalq Qurtuluş Ordusunun (PLA) Şərq Cəbhəsi Komandanlığının sözçüsü polkovnik Şı Yi bu barədə mediaya məlumat verib.
Sözçü Yi vurğulayıb ki, təlim “müəyyənləşdirmə və yoxlama, xəbərdarlıq və dəf etmə, müdaxilə və saxlama” üzərində qurulub və məqsədin bölgənin təşkili və müşahidəsi, blokada və nəzarət və əsas hədəflərə atəş açmaqda qoşunların birgə əməliyyat imkanlarını yoxlamaq olub.