image-2000x150
image-rusiya-ukraynabackend

Hərbi ekspertin proqnozu özünü doğrultdu: III Dünya müharibəsi başlayacaqmı?  

image-728x90

Hərbi ekspert Ədalət Verdiyev 25 yanvar 2021-ci ildə Azvizion.az-da dərc olunan məqaləsində Rusiya və Ukrayna arasında müharibənin qaçılmaz olduğunu bildirir. Və cəmi bir ay sonra bu savaş başlayır. Oxucuların diqqətini nəzərə alıb hərbi ekspertin həmin məqaləsindəki bəzi detalları diqqətiniziə çatdırırıq.

“Bütün bunlara baxmayaraq Rusiyanın Ukrayna sərhədlərinə qoşun toplaması intensiv şəkildə davam edir. Gələn ayın ortalarında, təxminən 10-20 fevral arası vəziyyətin daha da gərginləşəcəyi gözlənilir. Belarusdan başqa bütün qonşu ölkələrin, NATO və Aİ üzvlərinin əksəriyyətinin Ukraynaya siyasi və hərbi dəstəyini, Ukrayna Ordusunun əldə etdiyi müasir silah sistemlərini nəzərə alsaq, bu münaqişəni alovlandırmaq Rusiyanın maraqlarına qətiyyən cavab vermir. Azərbaycanın Vətən Müharibəsi Rusiya silahlarının həssas nöqtələrinin aşkar edilməsində mühüm rol oynayıb. Bunu Ukraynadan olan mütəxəssislər də dərindən araşdırıblar. Bu mövzuda qapalı birgə müzakirələrimiz də olub. Luqansk, Donetsk və ya Krım ssenarisinin tətbiqinin bu dəfə Moskvanın işinə yaraya biləcəyini düşünmürəm. Bu mövzuda ABŞ və Böyük Britaniyanın xəbərdarlıqları da kifayət qədər sərt səslənir. Rusiyalı siyasətçilərin və ya generalların kiçik bir səhvi 3-cü dünya müharibəsinin alovlanmasına da gətirib çxara bilər. Hadisələrin inkişafı münaqişənin qaçılmaz olacağını göstərir”.

Ekpertin iki il öncə verdiyi proqnozu nəzərə alıb belə qənaətə gəlmək olar ki, artıq III Dünya müharibəsinin tam astanasındayıq. Müharibə olacaqmı? Və yaxud indi gedən bəlkə elə III Dünya savaşıdır. Bu müharibənin nə ilə bitəcəyini isə zaman göstərəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90