image-rt-reklam
image-1backend

Hərbçilər qondarma “Artsax nüayəndəliyi”nə hücum edib VİDEO

image-728x90

Xüsusi təyinatlılar Irəvandakı qondarma “Artsax nümayəndəliyi”nin qapısını sındırıblar.

Xüsusi təyinatlılar “Artsax prezidenti” Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə ediblər. VİDEO

Hakimiyyətyönlü Teleqram kanal hadisəyə ritorik suallar verir:

“Məlum olduğu kimi, Samvel Şahramanyan 2023-cü il sentyabrın 28-də “Dağlıq Qarabağ Respublikasının ləğvi haqqında” fərman imzalayıb və bu fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minib. Yəni həmin andan o, “Artsax”ın “prezident”i deyil. O, Ermənistanda heç bir vəzifə tutmur. Bu statusda onun necə xidməti maşını ola bilər? Bu maşının xərclərini və sürücünün maaşını kim maliyyələşdirir?

Maşın mövcud olmayan “Artsax Respublikası” adlı “dövlətinin” balansındadırmı? Şahramanyan hansı ölkənin vətəndaşıdır?”.

Xatrladaq ki, bir az əvvəl Ermənistanın yol polisi həmin avtomobili müsadirə etməyə cəhd edəndə Şahramanyanın mühafizəçiləri ilə əlbəyaxa olmuşdular.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90