image-rt-reklam
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Hər an “Qisas” əməliyyatının davamı gələ bilər” -Arzuman Muradlı

image-728x90

“Ermənilər tarixi unutmamalıdırlar.  Azərbaycan onlarla humanist davranırsa bu bizim səbrimizin hüdudsuz olmasından irəli gəlmir. Ali Baş Komandanımız İlham Əliyev səbrlə hadisələrin gedişatını izləyir.” – Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, ermənilər Azərbaycanın bütün təklifləri ilə razılaşmaq məcburiyyətindədirlər.

“Bu reallıqdır. Biz artıq üç ildir ki, erməni silahlılarının Qarabağdan çıxmasını səbrlə gözləyirik. Uzaq tarix deyil bir il öncə məhz gün Azərbaycan Əsgəri uğurlu QİSAS əməliyyatı keçirmişdi. Qəhrəman Azərbaycan Əsgəri rusların nəzarətində olan ərazilər də daxil olmaqla, istənilən ərazidə əməliyyat keçirmək imkanına malikdir və son son 16 ayda Silahlı Qüvvələrimiz sərhəd də daxil olmaqla ümumilikdə 17 müxtəlif miqyaslı əməliyyat həyata kecirib. Ermənistana və seperatci qurumun terrorçulari bir dəfə də olsun epizodik uğur əldə edə bilməyiblər. Daim Əsgərimiz qələbə qazanib. Xankəndi-Agdam yoluna düzülən beton bloklaa gəlincə isə bu bloklarrdan Arayikə babat bir baş dası düzəldilməsi, 3 günə Xankəndindəki seperatci rejimin, 10 günə qədər bütün terrorçuların son nəfərinə qədər Qarabağdan təmizlənməsi Azərbaycan üçün çətin vəzifə deyil. Azərbaycanın aşırı təmkinli və humanist davranışlarının müəyyən əsaslı səbəblərı mövcuddur, amma bu səbrimiz sərhədsiz və müddətsiz deyildir. Bunu həm Rusiyanin Qarabağdakı kontingenti, həm onun çətiri altında bizə qarşı fəaliyyət göstərən xunta rejimi nəzərə almalıdır. Ermənilər bunu nəzərə almasalar, hər an “Qisas” əməliyyatının davamı gələ bilər” -deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90