image-2000x150
image-1682254836_946fadc5-f3e8-4034-8181-889775b9cff6backend

Həqiqət Tarixi Araşdırmalar İctimai Birliyi (HTAİB) Gəncədə tədbir keçirdi

image-728x90

Həqiqət Tarixi Araşdırmalar İctimai Birliyi (HTAİB) Gəncədə Azərbaycan Texniologiya Universitetində tədbir keçirdi. Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlartına Dövlət Dəstəyi Agentliyinin 2022-cü ildə elan etdiyi qrand müsabiqəsində təşkilatımız yenədə qaliblər sırasındadır. Layihə tariximizin qəhraman övladlarının tanıdılması, adlarının əbədiləşdirilməsi üçün iki müharibə veteranı qadınımızın, iki şəhid oğlu ilə bağlı “Ana laylasıyla çağırdı Vətən” adlı filmin çəkildi və filmin Gəncədə Azərbaycan Texnologiya Universitetində təqdimat tədbiri tədbiri keçirildi. Fimin qəhramanları Gəncə şəhərindən olan Nailə Ələkbərli, şəhid oğlu Rəşad Ələkbərli, müharibə veteranı Sevil Hüseynova, şəhid oğlu Zaur İsmayılzadədir. Layihənin tədbirləri Bakı, Gəncə və Lənkəran şəhərlərində keçiriləcəkdir.

“Ana laylasıyla çağırdı Vətən” filmi hazırdır və layihə sona yaxınlaşır. “Vətən sizə övlad dedi” adlı layihənin icrası məqsədi ilə çəkilmişdir. “Ana laylasıyla çağırdı Vətən” filminin təqdimat tədbirinin 17 aprel 2023- cü il tarixində saat 13-00 da Azərbaycan Dövlət Texnologiya Universitetində, keçirildi. “Həqiqət Tarixi Araşdirmalar” İctimai Birliyinin təşkil etdiyi tədbirdə QHT rəhbərləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbiri giriş sözü ilə Universitetin prorektoru Şahmar Həsənov açdı. Tədbir təşkilatçıları və layihə haqda qısa məlumat verdikdən sonra sözü layihə rəhbəri, HTAİB-nin sədri Elnarə Abbasovaya verdi. Elnarə xanım Agentlik və layihə haqda qısa məlumatr verdi və filmin təqdimatı başlandı. Filmə baxdıqdan sonra filmin müzakirəsi təşkil edildi. Şəhid anaları, qazilər, və digər çıxışçılar filmin yüksək səviyyədə çəkildiyni bildirdilər. Filmin təqdimat tədbirinin keçirilməsi və ümumilikdə tədbir yüksək səviyyədə təşkil edildiyinə görə tədbirin sonunda layihə rəhbəri Elnarə Abbasova Azərbaycan Texnologiya Universitetinin rəhbərliyinə və bütün kollektivə öz təşəkkürünü bildirdi. Tədbir iştirakçılarına filmin diskləri paylanıldı.
Layihə rəhbəri, HTAİB-ni sədri Elnarə Abbasova.
        Həqiqət Tarixi Araşdırmalar İctimai Birliyi (HTAİB) Gəncədə tədbir keçirdi
        Həqiqət Tarixi Araşdırmalar İctimai Birliyi (HTAİB) Gəncədə tədbir keçirdi
        Həqiqət Tarixi Araşdırmalar İctimai Birliyi (HTAİB) Gəncədə tədbir keçirdi
        Həqiqət Tarixi Araşdırmalar İctimai Birliyi (HTAİB) Gəncədə tədbir keçirdi
        Həqiqət Tarixi Araşdırmalar İctimai Birliyi (HTAİB) Gəncədə tədbir keçirdi
        Həqiqət Tarixi Araşdırmalar İctimai Birliyi (HTAİB) Gəncədə tədbir keçirdi

Digər
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90