O danışıqları dinləyən siz olsaydınız əmin olun ki, gözlərinizin önündə bir film canlanacaqdı. Dəhşət utanc içində idim ki, mən niyə bu böyük şəxsiyyəti, bu gözəl vətən oğlunu tanımamışam deyə. Bəs kimdir bu Metin Külünk?
Bu sualı ilk öncə özümə verdim. Çünki bu adamı tanımırdım. Sadəcə danışırdılar və mən də dinlədiklərimə görə beynimdə bir portret yaratmışdım. Nədənsə bu portret elə atama oxşayırdı, babama bənzəyirdi. Ha gözlərimi yumub açdım, bu adamı yenidən düşündüm yenə də o ata sevgisi və baba böyüklüyü ağlımdan getmədi deyə bu adam dönüb oldu gözümdə milyonlarla balası olan bir ata, milyonlarla nəvəsi olan bir baba. Çünki Metin Külünk haqqında danışılan şeyləri dinlədikcə mən bir şeyi fikirləşirdim, bunları edəcək adam gərək ya atamız olsun, ya babamız ya da qardaşımız. Babamız olacaq qədər yaşlı olmasa da, baba nəfəsinə sahib biridir. Amma, kəsinliklə deyə bilərəm ki, milyonların rahatlıqla ata deyəcəyi şəxsiyyətdir. İndi bu sualı yenidən qoyuram: Kimdir Metin Külünk?
Kimdir Metin Külünk? Uşaqlıq illərindən həyatını türk və islam yoluna qurban deyib. Bütün fəaliyyətini Türkiyə uğrunda qurub, ən əsası tam bir vətən sevdalısıdır. Metin abinin qəlbindəki vətən təkcə Türkiyədən ibarət deyil. O vətən həm də Azərbaycandır. İllərdir İstanbulda böyük siyasətin içində, dövlətinin və xalqının xidmətində olan Metin Külünkün qapısı orada yaşayan, təhsil alan azərbaycanlıların sıx-sıx müraciət etdiyi bir qapıdır. Kimin nə dərdi varsa İstanbulda gedəcəyi ilk adam məhz Metin Külünkdür. Bu günə kimi yüzlərlə azərbaycanlının problemini həll edib. Biri deyir tələbə idim, ödənişi edə bilmirdim deyə təhsilim yarıda qalacaqdı, Metin bəyin yanına getdim. Bir zənglə dəstək oldu. Biri deyir İstanbul bələdiyyəsinin əməkdaşları haqsızlıq etmişdi, Metin abiyə müraciət etdim, iki günün içində haqq-ədalət yerini tapdı. Qarabağ savaşlarında, vətən müharibəsi zamanı elə işlər görüb ki, heç bizim bunlardan xəbərimiz yox idi. Dünyanın dörd bir yanındakı türk iş adamlarına zəng edib Azərbaycan xalqına yardım üçün günlərlə ofisindən çıxmayıb bu adam. Metin abinin təşkilatçılığı ilə Azərbaycan xalqına savaş günlərində yüzlərlə yardım göndərilib. Bu adam kimdir desələr onu tanıyanlar belə cavab verər: İstanbulu qapı-qapı tanıyan adamdır. O gün olmasın ki, xalqın içində olmasın, xalqın dərdləri ilə maraqlanmasın. Kimlərlə baş-başa gəlibmiş bu adam ,İlahi. Xalqı incidən mafiyoz qüvvələrdən tutmuş, ədaləti vəzifəsinə qurban verən məmurlara kimi. Bu günə kimi Metin Külünkün adını tutan kimsə ədalətdən və dəstəkdən kənarda qalmayıb. Qapısına gedən kimsə əliboş geri dönməyib. Fərqi yoxdur o qapıya kim gedir, Türkiyə vətəndaşı yaxud Azərbaycan vətəndaşı. Əsas odur Metin Külünkün qapısı hər kəs üçün ədalətin bərqərar olduğu bir yerdir. 2024-cü ilin mart ayında keçiriləcək İstanbul Böyükşəhər Bələdiyyəsinə, təmsil oldunğu AK partiyadan namizəddir. Tanrı bu böyük türk oğlunun yardımçısı olsun. Ən böyük istəyim odur ki, Metin Külünk bu seçkidə qalib gəlsin və bütün dünya, xalqa necə xidmət edərlər dərsini öyrənsin bu adamdan. Bir şeyə əminəm ki, bu böyük vətən oğlu İstanbul Böyükşəhər bələdiyyə başqanlığına tək ideal namizəddir. Metin abinin başçılığı altında tez bir zamanda o gözəl şəhərin heç bir problemi qalmaz. İstanbul dünyanın yer üzərindəki cənnətinə çevrilər, xalq isə rifah içində, xoşbəxt yaşayar. Biz azərbaycanlıların isə bu işdən qazancı o olacaq ki, bizim qardaşımız, Azərbaycan adı gələndə gözləri dolan abimiz böyük məqam sahibi olacaq və biz İstanbulda qətiyyən tək olan deyilik. Bu yazının sonunda Metin abiyə bu sözləri çatdırmaq istərdim:
Metin abi! Sizi tanımamışam, heç vaxt görməmişəm. Sizi sadəcə etdiyiniz yaxşılıqları bu gec vaxtda eşidərək bilmişəm deyə çox üzgünəm. Bu yazı sizə olan sevgidən doğdu. Biz azərbaycanlıların başı çox bəla çəkib. Vətənimiz bölündü iki əsr öncə, ermənilər ən böyük dövlətlərlə bir olub üstümüzə gəldilər, qətliamlar etdilər, 20 yanvarda ruslar xalqımızı qırdı, sonra yenə də təkləndik. İndi biz güclüyük. Başımızda Azərbaycan tarixinə qızıl hərflərlə düşən liderimiz, sərhədlərimizdən uzaqda isə bizi sevən sizin kimi böyük şəxsiyyət var. Sizə Azərbaycandan dəstəyimizi, sevgimizi göndəririk Metin abi. Allah sizə yar olsun. Sizin kimi şəxsiyyətlər var olduqca Türk-İslam dünyası daima güclü olacaq. Ürəyimiz sizinlədir Metin abi.
Samid Seyidov